Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

19:51 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bəzi həkimlərin yazdıqları resepti əczaçılar oxuya bilmirlər
Bəzi həkimlərin yazdıqları resepti əczaçılar oxuya bilmirlər
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 29.01.2017

 

Bir gün mollanın yanına bir nəfər gələrək İsfahanda yaşayan qohumuna məktub yazmasını xahiş edir.

- Yazaram, ancaq mən İsfahana gedə bilməyəcəyəm,- deyə molla bildirir.

Həmin şəxs təəccüblə:

- Sənin getməyin nəyə lazımdır, - mən ancaq məktubu göndərəcəyəm,- deyir.

- Məsələ burasındadır ki, mənim yazdığımı özümdən başqa heç kim oxuya bilmir, mən də ki, gedə bilməyəcəyəm, - deyə molla onu başa salır.

...Yəqin deyəcəksiniz ki, bu lətifənin məsələyə nə dəxli var? Bəli, var. Bu günlərdə mənə yazılan həkim reseptinə baxanda istər-istəməz mollanın həmin lətifəsi ilə onun arasında bir bağlılıq gördük. Qarşımızdakı, necə deyərlər, cızma-qaradan başqa bir şey deyildi. Onu bir neçə aptekə göstərdik. Əczaçılardan kimi reseptə baxıb başını buladı, kimi çiyinlərini çəkib dodağını büzdu, bir başqası isə onu oxumaq üçün yanındakı daha təcrübəli iş yoldaşından kömək istədi. Ədalət naminə deyək ki, oxuyan tapıldı, o da ki, fəhmnən.

Ad çəkib kiminsə nüfuzuna xələl gətirmək istəmirik. Çünki onu yazan tanınmış həkimdir və ona müraciət edən xəstələrin əlindən, necə deyərlər, başını qaşımağa da vaxtı olmur. Nə deyək, bəlkə də elə bu səbəbdəndir ki, resepti də tələm-tələsik, necə gəldi cızma-qara edir. Ancaq unutmaq olmaz ki, yazı özü də bir mədəniyyətdir. Hansı halda olursa-olsun, o, doğru-düzgün yazılmalı, təhrifə yol verilməməlidir.

Çox təəssüf ki, bu, birinci hal deyildir və bir çox xəstələr apteklərdə belə çətinliklərlə qarşılaşırlar. Həkim yazır, əczaçı isə oxuya bilmir. Hələ onu demirik ki, bəzən lazım olan dərmanın əvəzinə başqası da verilir. Bunun isə fəsadları daha böyük olur. Nəticədə isə həkim əczaçıları günahlandırır, əczaçılar isə birinciləri qınayır.

 

Elbrus MƏMMƏDOV,

Bərdə rayonu


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM