Alternative content

12:08 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan-İran münasibətləri bölgə üçün böyük önəm daşıyır
Azərbaycan-İran münasibətləri bölgə üçün böyük önəm daşıyır
ANA SƏHİFƏ / Qəbullar
11:01 25.01.2017

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli əlaqələrin bütün sahələrdə çox yaxşı inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı bu əlaqələrin ölkələrimiz, xalqlarımız və eləcə də bölgə üçün böyük önəm daşıdığını bildirdi və son illər ərzində ikitərəfli əməkdaşlığımızın inkişafının məmnunluq doğurduğunu dedi. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağın başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasına səfərinin və keçirəcəyi görüşlərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyini əminliklə qeyd etdi.

Ölkələrimiz arasında ikitərəfli əlaqələrin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan İran İslam Respublikasının Qərbi Azərbaycan vilayətinin valisi Qurbanəli Səadət Qarabağ ölkəsində Ulu Öndərin böyük ehtiramla xatırlandığını dedi. İqtisadiyyat və Kənd təsərrüfatı nazirliklərinin dəvəti ilə ölkəmizə səfər etdiklərini deyən Qurbanəli Səadət Qarabağ İran İslam Respublikasının Qərbi Azərbaycan vilayəti ilə Azərbaycan Respublikası arasında kənd təsərrüfatı, ticarət, turizm və digər sahələrdə əməkdaşlıq üçün yaxşı perspektivlərin olduğunu dedi və bu məqsədlə ölkəmizin müvafiq qurumları ilə görüşlər keçirəcəyini vurğuladı.