Alternative content

21:40 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan 2017-ci ildə turistlər üçün ən cəlbedici məkanlardan biri kimi dəyərləndirilib
Azərbaycan 2017-ci ildə turistlər üçün ən cəlbedici məkanlardan biri kimi dəyərləndirilib
ANA SƏHİFƏ / Turizm
11:01 23.01.2017

Azərbaycan ABŞ-ın “Huffington Post” nəşrinin versiyasına görə, 2017-ci ildə turistlər üçün cəlbedici məkanların reytinqinə daxil olub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, nəşr Xəzər dənizinin sahilində, İran və Rusiya arasında yerləşdiyini qeyd etdiyi Azərbaycanı “əl dəyilməyən yer” adlandırıb.

"Huffington Post" Azərbaycana səfərə paytaxt Bakıya, qədim memarlığın nadir nümunəsi kimi UNESCO-nun Dünya İrsi siyahısına daxil edilən İçərişəhərə getməklə başlamağı məsləhət görüb. Nəşr bu gün Bakının qədim memarlıq nümunələri ilə Xəzər dənizinin sahilində parlaqlıq yaradan XXI əsrin qalalarını özündə cəmləşdirdiyini qeyd edib.

Nəşrdə Hökumət evinin Azərbaycan paytaxtında çoxsaylı əhəmiyyətli tarixi abidələrdən biri olduğu vurğulanıb. “Bakıda, həmçinin xeyli sayda muzey, teatr, kitabxana, opera var”.

“Huffington Post” məşhur Xınalıq kəndinə xüsusi diqqət yönəldərək riskli səyahət axtarışında olan turistlər üçün buranın ideal məkan olacağını bildirib.

Nəşrin məlumatına görə, 2017-ci ildə turistlər üçün digər maraqlı məkanlar Koreya Respublikası, Mavritaniya, Qazaxıstan, Kipr, Latviya, Ekvador və başqa ölkələrdir.