Alternative content

16:55 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Kükrəyən xalq onu qorxutmağa gələn təcavüzkarın özünü qorxutdu
Kükrəyən xalq onu qorxutmağa gələn təcavüzkarın özünü qorxutdu
ANA SƏHİFƏ / Oxucu məktubları
01:01 19.01.2017

 

İştirakçısı və şahidi olduğumuz hadisələr zaman keçdikcə tarix elminin predmetinə çevrilir.  Tarixi yaratmaqla yanaşı, onu yazmağı, olduğu kimi  gələcək nəsillərə ötürməyi bacarmaq da önəmlidir. Özü də hadisələrin əsl mahiyyəti  zaman keçdikcə  daha aydın görünür və anlaşılır.

20 Yanvar tariximizin həm qanlı, həm də şanlı səhifəsidir. O zaman erməni separatizminə göz yuman və hər vəchlə himayə edən mərkəzi sovet hakimiyyəti bu çirkin siyasətə etiraz edən Azərbaycan xalqını susdurmaq üçün Bakıya qoşun yeritdi. Ağır hərbi texnika və silahlarla əhaliyə divan tutdu. Hərbi formadakı quldurlar xalqın iradəsini qırmaq, haqq yolundan çəkindirmək üçün ən qəddar üsullara əl atdılar: insan kütləsi gülləbaran edildi, tanklarla əzildi, təcili yardım maşınları, binalar, evlər atəşə tutuldu. Amma millət nəinki qorxub çəkinmədi - əksinə, bir yumruq olub təcavüzkarın qarşısına çıxdı...

O zaman hadisədən 10 gün qabaq Ukraynaya, Kiyevə ezamiyyətə göndərilmişdim. Orada informasiya alacağım yeganə mənbə də yalnız mərkəzi televiziya kanalları və qəzetləri idi. Onları dinləyib, oxuduqca dəhşətə gəlirdim: Bakıdakı hadisələr tamamilə fərqli, həqiqətəuyğun olmayan forma və məzmunda təqdim edilirdi. Milli-etnik zəmində Bakıda yaşayan bir kimsəyə, hətta ermənilərə qarşı etiraz, kin-nifrət olmadığı halda, nəhəng bir ölkə əhalisində belə bir təəssürat yaradılırdı ki, sanki azərbaycanlılar nəinki ermənilərə, bütövlükdə rus-slavyan xalqları nümayəndələrinə qarşı zorakılıq edirlər. Əslində Azərbaycanda ov tüfəngləri belə toplandığı halda, əhalinin guya ən müasir silahlarla silahlandığını yazırdılar. Özü də sistemli, məqsədyönlü şəkildə. Həqiqətdən xəbərsiz hər kəs düşünə bilərdi ki, Azərbaycanda, Bakıda əhali ermənilərin, rusların qanını içir, onlara olmazın işgəncələr verir. Əlbəttə ki, bu qətiyyən belə deyildi. Sən demə, əslində Azərbaycan xalqına qan uddurmaq üçün əvvəlcədən ideoloji zəmin yaradılırmış...

Faciəvi 20 Yanvar gecəsi və səhəri günlər bütün Kiyev sovet ordusunun Bakıda minlərlə insanı öldürməsindən, şəhəri dağıtmasından bəhs edirdi. Qəfil informasiya boşluğu yaranmışdı. Dəhşətli hadisələr danışırdılar. Düşünmək olardı ki, bu vahiməli hal azərbaycanlıları ölkəyə dönməkdən çəkindirəcək. Amma əksinə - yüzlərlə azərbaycanlı işini-gücünü atıb vətənə qayıtmağa, xalqa kömək etməyə can atırdı. Bu, mübaliğə deyil, şahidi olduğum həqiqətdir: Kiyev-Bakı reysi təxirə salınsa da, aeroportdakı kütləvi tələb nəticəsində əlavə təyyarələrlə Bakıya uçuşlar təşkil olundu. İnsanlar savaşmaq, hərbi təcavüzə qarşı vuruşmaq üçün ölkəyə qayıdırdılar. Öz iradələri, ürəklərinin hökmü ilə! Qorxmadan, çəkinmədən! Aralarında bazarda çalışanlar da vardı, həkim, mühəndis, ziyalı da...

Bu milli ruh 20 Yanvar şəhidlərinin dəfn mərasimində daha bariz göründü. Elə bir ailə, ev olmazdı ki, o vida mərasimində iştirak etməsin. Əslində, bu, ümummilli etiraz, birlik aksiyası idi. Ölüm qorxu və xofu yaratmağa çalışanlar tam əks effektlə üzləşmişdi: kükrəyən xalq təcavüzkarın özünü qorxutmuşdu. Bəlkə də məhz buna görə daha sonra “parçala, hökm sür” taktikası ilə ölkədə hakimiyyət davası “salındı”, beləcə torpaqlarımızın işğalına başqa formada zəmin yaradıldı...

 

Xasay HAQVERDİYEV,

Bakı şəhər sakini

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM