Alternative content

20:30 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Problem kompleks həll edilir
Problem kompleks həll edilir
ANA SƏHİFƏ / Oxucu məktubları
01:01 19.01.2017

 

Ağsu rayonu, Mehdi Hüseynzadə küçəsi, 16 ünvanında yaşayıram. Uzun illər istismar edildiyindən binamız olduqca bərbad hala düşmüşdü. Dördmərtəbəli binada qəza vəziyyəti yarandığından sakinlər narahatlıq içərisində yaşayırdılar. Kiçik seysmik təkan burada ağır problemlərə yol aça bilərdi...

Keçən ilin ortalarında hörmətli Prezident İlham Əliyevin Ağsu rayonuna səfəri zamanı rayon ictimaiyyətinin müraciəti əsasında ondan çoxmərtəbəli yaşayış binalarının təmiri xahiş olunmuşdu. Üstündən çox keçməmiş bu məqsədlə iki milyon manat pul ayrıldı. Hazırda 33 binada təmir aparılır.

Abadlıq-quruculuq işləri çoxmərtəbəli binaların daha çox yerləşdiyi “Melioratorlar” adlanan qəsəbəni və digər əraziləri əhatə edir. Vidadi, Məmməd Əmin Rəsulzadə, Nizami, Səməd Vurğun küçələrində işlər yekunlaşmaq üzrədir.  Təmir zamanı binaların dam örtüyü, fasadlar dəyişdirilir, həyətlər yenidən qurulur,  uşaq meydançaları yaradılır. Bina kompleksləri arasında ümumi istifadə üçün nəzərdə tutulmuş mərasim evləri də tikilir. Bir sözlə, Ağsu abadlaşır, müasirləşir, əhalinin sosial-məişət problemləri həll olunur.

 

Nurullah NURUYEV,

Ağsu Rayon Veteranlar təşkilatının üzvü, müharibə və əmək veteranı