19 Yanvar 2017 01:01
845
Oxucu məktubları
A- A+

Cəmcəmlidə yeni tibb məntəqəsi tikilir

 

Kəndimiz rayon mərkəzindən 8 kilometr məsafədə yerləşir: əhalisi 1350 nəfərdir.  Ölkədə geniş vüsət alan quruculuq-abadlıq işləri rayonumuzu, eləcə də kəndimizi əhatə edib.

İnişil 180 yerlik yeni məktəb tikilib istifadəyə verilib. Kənddə klub, kitabxana və tibb məntəqəsi fəaliyyət göstərir. Klub və kitabxana binaları normal vəziyyətdədir. Tibb məntəqəsi isə  köhnədir - taxtadan tikilib və  səhiyyə xidməti üçün artıq yararsız hala düşüb. Buna baxmayaraq,  məntəqədə çalışan tibb işçiləri həmkəndlilərimizdir və onlar əhaliyə canla-başla xidmət göstərirlər. Qonşu kəndlərdən də onlara müraciət edən olur.

Keçən il rayon rəhbərliyi kənddə əhali ilə səyyar görüş keçirərkən camaat bu tibb məntəqəsinin yenidən qurulmasını  xahiş etdi. İstəyimiz müsbət qarşılandı və qısa müddətdə tibb məntəqəsi üçün yeni, müasir bina tikiləcəyinə  söz  verildi. Bir müddət sonra məntəqənin tikintisinə başlanıldı. Binanın inşaat işləri demək olar ki, sona çatıb, dam örtüyü vurulub. Əminik ki, qalan işlər də yaxın zamanda yüksək səviyyədə həyata keçiriləcək, həmçinin məntəqə müasir tibb avadanlığı və ləvazimatları ilə  təchiz olunacaq.

Şübhəsiz, yeni tibb məntəqəsi istifadəyə veriləndən sonra əhaliyə daha keyfiyyətli səhiyyə xidməti göstəriləcək. Bu hal - insanların tələblərinə  göstərilən həssas münasibət, əhalini məmnun edir.

 

Qüdrət ƏZİZOV,

Qobustan rayonu,

Cəmcəmli kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video