Alternative content

03:47 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sualım var
Sualım var
ANA SƏHİFƏ / Oxucu məktubları
01:01 19.01.2017

 

Kommersiya məqsədilə deyil,  yalnız  şəxsi, ailə  tələbatında istifadə üçün kiçik həcmli “Fiat-Doblo”  yük avtomobili  almışam.  Bilmək istəyirəm: bu avtomobilə görə fərqlənmə nişanı almalıyammı və  bunun rüsumu varmı?

 

İlqar MƏMMƏDOV,

Bakı şəhər sakini

 

 

- Azərbaycan Respublikası Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinə əsasən, vergi ödəyicilərinin mülkiyyətində olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyat vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün “Xüsusi fərqlənmə nişanı” alınır. “Xüsusi fərqlənmə nişanı” mülkiyyətində avtomobil nəqliyyatı vasitələri olan vergi ödəyicilərinin  müraciətindən sonra beş iş günü ərzində Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) tərəfindən verilir. “Xüsusi fərqlənmə nişanı”nın alınması üçün hər hansı haqq ödənilmir.

Əgər siz vergi ödəyicisi kimi uçotda deyilsinizsə

(VÖEN-nin yoxdursa), “Xüsusi fərqlənmə nişanı” almanız məcburi deyil. Hətta istəsəniz belə, onu əldə edə bilməyəcəksiniz.  Yəni siz öz kiçik həcmli yük avtomobilinizdən heç bir fərqlənmə nişanı almadan şəxsi yüklərinizi daşımaq üçün istifadə etməkdə sərbəstsiniz.

 

Ərşad HÜSEYNOV,

“Digesta” hüquq mərkəzinin direktoru