Alternative content

11:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Cırıq şalvarla moda?
Cırıq şalvarla moda?
ANA SƏHİFƏ / Oxucu məktubları
01:01 19.01.2017

 

Məlum məsələdir ki, təmiz, səliqəli, dəblə geyinmək  mədəniyyət göstəricisidir. Gənclərimiz geyim seçərkən müasir modaya daha çox üstünlük verirlər. Bu, basa düşüləndir. Amma təəssüf ki, bəzən ifrata varır, moda xatirinə özlərini gülünc görkəmə salırlar. Düzdür, zamanla bərabər zövqlər də dəyişir, dəb də. Bununla belə, paytaxtımızda, elə rayonlarda da tez-tez rastlaşdığımız bir “mənzərə” məni çox narahat edir: hər dəfə süzülmüş, cırıq şalvarlı gəncləri görəndə acı təəssüf hissi keçirirəm. Axı niyə belə olmalıdır? Deyirlər, bu, Avropadan gəlmə bir dəbdir - müasirlik əlamətidir. Məgər Avropanı yamsılamaq, təqlid eləmək bizim borcumuzdur? Elədirsə, gəlin Avropadan yaxşı şeyləri götürək -  mütərəqqi texnologiyaları, elmin son nailiyyətlərini mənimsəyək. Yoxsa cırıq şalvarla müasir olduğumuzu göstərməyə çalışmayaq.

Xalqımızın sevimli şairi Səməd Vurğun məşhur poemasında təsvir etdiyi bədii qəhrəmanın yazıqlığını, yoxsul olduğunu diqqətə çatdırmaq üçün ürək ağrısıyla belə yazırdı:

 

Cırıq şalvarından çıxır dizləri,

Görünür ovcunda kəndir izləri...

 

Məgər sürətlə dəyişən zəmanə bəzi meyarları da dəyişdirib? Dünən fağırlıq, kasıblıq göstəricisi olan cırıq şalvar indi moda kimi təqdim olunur. Buna necə biganə qalasan?!

Üzümü moda həvəskarı olan gənclərə tutub demək istəyirəm: həyata açıq gözlə baxın, yüksək elminizlə, mədəniyyətinizlə diqqət çəkməyə çalışın, vətənə layiqli övlad olmaq üçün milli-mənəvi dəyərlərimizə üstünlük verin, kökünüzdən-soyunuzdan uzaq düşməyin!

 

Svetlana ƏZİZOVA,

Tərtər şəhər sakini