Teleradio Şurası media qurumlarını “Azərbaycan” qəzeti kimi fəal və maarifpərvər olmağa çağırır
“Azərbaycan” qəzetinin 13 dekabr 2016-cı il tarixli nömrəsində “İtmiş və ya itirilmiş qəhrəman” sərlövhəli publisistik məqalə dərc olunmuşdu. Yazıda mətbuatın, xüsusilə də özəl televiziya kanallarının mövcud vəziyyəti təhlil edilmişdi. Son illərdə tamaşaçı maraq və tələblərinə cavab verməyən maraqsız və keyfiyyətsiz verilişlərin artmasına diqqət çəkilmişdi. Ucuz sensasiya xatirinə hazırlanan bayağı proqramların milli-ictimai şüura vurduğu zərərdən, antiqəhrəmanların, əslində, qınanmalı mənfi obrazların, hadisələrin efir vasitəsilə geniş təqdimatının gənc nəslin tərbiyəsində oynadığı mənfi roldan bəhs edilmişdi. Televiziyalardakı janr qıtlığına və peşəkarlığın aşağı düşməsi məsələlərinə toxunulmuşdu. Eyni zamanda jurnalistikada yüksək milli-mənəvi fəzilətlərə malik nümunəvi qəhrəman obrazlarına istinad edilməsinin vacibliyi vurğulanmışdı.
Məqalədə televiziya aparıcılarının intellektual səviyyələrinin və şəxsi keyfiyyətlərinin, eləcə də efir mədəniyyətlərinin aşağı, nitqlərinin qüsurlu olmasından, bu səbəbdən də ictimaiyyət arasında tez-tez lağ, müzakirə obyektlərinə çevrilmələrindən də danışılmışdı. Yazıda Azərbaycan jurnalistikasının qarşısında duran ümdə vəzifələr sadalanmış, vəziyyətin düzəldilməsi üçün birgə səy və fəaliyyətə çağırış edilmişdi.
Bu çağırışa Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası cavab verib. Şuranın sədri Nüşirəvan MƏHƏRRƏMOV tərəfindən imzalanan məktubda deyilir:
“Azərbaycan” qəzetinin 13 dekabr 2016-cı il tarixli sayında həqiqətən çox vacib məsələyə, sözün əsl mənasında, geniş tamaşaçı və dinləyici auditoriyasını narahat edən bir məsələyə toxunulub. Doğrudur, əvvəlki illərlə müqayisədə Azərbaycan efirində şou xarakterli verilişlər azalıb. Verilişlərin biçimində də müəyyən dəyişikliklər hiss olunur. Amma təəssüflə onu da bildiririk ki, hələ də şou xarakterli verilişlərdə bayağılıq, sosial problemli insanların üzərində şou yaratmaq halları qalır. Bu, bizi də çox narahat edir. Amma onu da nəzərə almalıyıq ki, özəl televiziya kanalları öz fəaliyyətində daha çox məhz kommersiya maraqlarını əsas götürür. Reklam bazarındakı duruma baxdıqda vəziyyətin o qədər ürəkaçan olmadığını görürük. Bildiyiniz kimi, qonşu Türkiyə və Rusiyanın televiziya kanalları kabel şəbəkəsi vasitəsilə Azərbaycanda sərbəst şəkildə yayımlanır. Yəni Azərbaycan televiziya kanalları çox ciddi rəqabət mühitindədir. Bu amil isə sözsüz ki, verilişlərin keyfiyyətinə də təsir edir.
Milli Televiziya və Radio Şurası televiziya kanallarının yaradıcılıq işinə, proqram siyasətinə, kadr və maliyyə məsələlərinə qarışmır. Tamaşaçılar isə hər bir məsələdə bu işin həllini bizim üzərimizə atır. Yaxşı olar insanlar, o cümlədən jurnalistlər Milli Televiziya və Radio Şurasından gözləntilərini qanuna uyğunlaşdırsınlar. Əgər hər şeyi şuradan gözləyirlərsə, ilk olaraq, bunun hüquqa söykənib-söykənmədiyini müəyyənləşdirsinlər.
Biz bu məsələləri yayımçılarla birgə həll etməyə çox çalışırıq. Amma zövqlərin hamısını təmin etmək çox çətindir. Milli Televiziya və Radio Şurası öz fəaliyyətini səlahiyyətləri çərçivəsində həyata keçirir. Bizim hüquqlarımız çərçivəsində nə mümkündürsə, biz onu edəcəyik ki, efirimizdən utanmayaq. Amma bu, çox çətindir. Milli Televiziya və Radio Şurası tənzimləyici qurumdur. “Televiziya və radio yayımı haqqında” qanunun tələbləri pozulduqda şura sözünü deyir. Təbii ki, bizim əsas vəzifələrimizdən biri həm də ictimaiyyətin maraqlarını qorumaqdır. Bir tərəfdən ictimaiyyətin, digər tərəfdən isə teleradio yayımçılarının marağını qorumaq isə o qədər də asan iş deyil. Düşünürük ki, efirimizin səviyyəsini qaldırmaq, onun cəlbedici və maraqlı olmasını təmin etmək üçün zamana ehtiyac var. Arzu olunan hədəflərə yetişmək üçün, əlbəttə ki, digər media qurumlarının da “Azərbaycan” qəzeti kimi daha fəal, maarifləndirici çıxışlarına olduqca böyük ehtiyac var”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
A.İ.İsmayılovun 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında...
25 Aprel
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
25 Aprel
"Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respub...
25 Aprel
"Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası P...
25 Aprel
"RESPUBLİKA DİAQNOSTİKA MƏRKƏZİ" ASC-nin səhmdarlarının nəzərinə
25 Aprel
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin tabeliyində olan struktur idarələrə tələb olunan tikinti...
25 Aprel
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!