Alternative content

05:06 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Əl-Cəzirə telekanalının növbəti reportajında Azərbaycanın turizm imkanlarından danışılır
Əl-Cəzirə telekanalının növbəti reportajında Azərbaycanın turizm imkanlarından danışılır
ANA SƏHİFƏ / Turizm
10:01 11.01.2017

Əl-Cəzirə telekanalı Azərbaycanla bağlı daha bir reportaj yayımlayıb.

AZƏRTAC xəbər verir ki, reportajda ölkəmizin turizm imkanları haqqında məlumat verilir. Bildirilir ki, Azərbaycan Şərq ilə Qərbin, Asiya və Avropa mədəniyyətlərinin qovuşduğu məkandır. Azərbaycan hökuməti ölkədə turizmin inkişafı məqsədilə hərtərəfli proqram həyata keçirir. Müəllif, həmçinin son illər Azərbaycana səfər edən ərəb turistlərin sayının artmasından söhbət açır.

Reportajda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin fikirlərinə yer verilir. Nazir ölkəmizdə ərəb ölkələri üçün xüsusi turizm təşviqat proqramlarının olduğunu bildirir. Qeyd edir ki, bu proqramlar təbiət gözəllikləri və müxtəlif mədəni, tarixi məkanlar ilə tanışlıq imkanı yaradır. Ərəb turistlər üçün meşələrə, çaylara, göllərə xüsusi turlar təşkil edilir.

Müəllif vurğulayır ki, özünəməxsus gözəl təbiətə, mülayim iqlimə malik Azərbaycanda gözəl tarixi və mədəni məkanlar var. İslam dünyası ilə xristian dünyasının qovuşma nöqtəsi adlandırılan Azərbaycan böyük turizm imkanlarına malikdir.

Reportajda ərəb turistlərin fikirlərinə də yer verilir. Onlar ölkələrinə məsafə baxımından yaxınlığına, ucuzluğun olmasına görə Azərbaycanı seçdiklərini deyirlər. Turistlər Azərbaycanda xidmətin yüksək səviyyədə olduğunu, gözəl təbiəti olan ölkənin inkişaf etdiyini, küçələrin təmiz olduğunu, ölkədə əmin-amanlığın hökm sürdüyünü söyləyirlər.

Müəllif qeyd edir ki, Azərbaycan turizmin təşviqi proqramlarının bəhrəsini görməyə başlayıb. Bu proqramların həyata keçirilməsi, xüsusilə viza verilməsi prosedurunun sadələşdirilməsi nəticəsində ölkəyə gələn turistlərin sayı artıb. Azərbaycan hökuməti turizmin inkişafı üçün bu sektora investisiyalar yatırılmasına ehtiyac olduğunu etiraf edir və investorları sərmayə yatırmağa dəvət edir. Bununla əlaqədar onlara güzəştlər təqdim edilir. Hökumət Azərbaycanı bütün ölkələrdən gələn turistlər uçun cəlbedici məkana çevirməyə çalışır.