Alternative content

08:47 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Problem həll olunacaq: qonşu kənddə bankomat quraşdırılacaq
Problem həll olunacaq: qonşu kənddə bankomat quraşdırılacaq
ANA SƏHİFƏ / Oxucu məktubları
12:01 06.01.2017

 

“Azərbaycan” qəzetinin  6 noyabr  2016-cı il tarixli nömrəsində  Lerikin ucqar Daster icra nümayəndəliyinə daxil dörd kəndin  əhalisi adından yazılmış oxucu məktubu dərc edilmişdi.  Nümayəndəlik ərazisində və yaxınlıqda bankomat olmamasından,  bu səbəbdən üzləşdikləri çətinliklərdən bəhs edən məktub müəllifi əhali adından problemə  əncam çəkilməsini istəmişdi.

Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası bu müraciətə biganə qalmamış, müraciətin müsbət həlli istiqamətində əməli tədbirlər görmüşdür. Baş icraçı direktor İbrahim ALIŞOV və Bank Fəaliyyətlərinə Nəzarət Departamentinin direktoru İmran MƏMMƏDOVun  imzaladıqları məktubda deyilir:

“Bildiririk ki, 03.12.2016-cı il tarixində “Kapital Bank” ASC-nin nümayəndəsi Lerik rayonunun Daster, Hamarat və Bradi kəndlərinə getmiş və bankomat quraşdırılması üçün müvafiq obyektin təyin edilməsi məqsədilə baxış keçirmişdir. Məlum olmuşdur ki, qeyd olunan kəndlərin ərazilərində bankomat quraşdırılması üçün təhlükəsizlik tələbləri baxımından münasib yer mövcud deyil.

Lakin yuxarıda qeyd olunan kəndlərə yaxın məsafədə yerləşən Piran kəndində təhlükəsizlik tələblərinə uyğun yer aşkar olunmuşdur və yaxın zamanda bu kənddə “Kapital Bank” ASC tərəfindən 1 ədəd bankomat quraşdırılacaqdır.

Eyni zamanda, “Kapital Bank” ASC tərəfindən bildirilmişdir ki, Daster kənd orta nümayəndəliyi tərəfindən bankın təhlükəsizlik tələblərinə uyğun yer təqdim edildiyi təqdirdə kənd ərazisində bankomat quraşdırıla bilər”.