Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

15:15 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciəti
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə Milli Məclisin müraciəti
ANA SƏHİFƏ / Milli Məclis
12:12 31.12.2016

 

Əziz soydaşlar, dəyərli həmvətənlər!

Böyük Azərbaycan xalqının övladlarının milli amallara sədaqətini təcəssüm etdirən həmrəylik günündə hamınızı ürəkdən salamlayırıq.

Ölkəmizin tarixində xüsusi yeri olan 31 dekabr bizə xalqımızın bugünü və gələcəyi üçün hər birimizin məsuliyyət daşıdığını xatırladır, ümummilli maraqlar naminə sıx birləşmək, söz və əməl birliyinə nail olmaq əzmimizə güc verir.

25 il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi bütövləşmə hərəkatının dövlət səviyyəsində təməlinin qoyulması xalqımızın “Birlikdən qüvvət doğar” əqidəsinin müasir dövrün çağırışları şəraitində gerçəkləşməsinə zəmin yaratdı. Bu hərəkat sonrakı dövrdə geniş vüsət alaraq, milli-mənəvi bütövlüyümüzün möhkəmləndirilməsi istiqamətində həyata keçirilən ardıcıl tədbirlərdə özünün parlaq ifadəsini tapdı. Dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının formalaşmasına kömək göstərilməsi Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildi.

Görülən işlərin bir nəticəsi də o oldu ki, tarixin gedişi və taleyin hökmü ilə bir-birindən ayrı düşmüş soydaşlarımız və həmvətənlərimiz ümummilli məqsədlərimizin gerçəkləşməsi naminə dünya azərbaycanlılarının milli mənlik şüuru əsasında sıx birləşməsinin önəmini bu gün daha yaxşı anlayırlar. Azərbaycan diaspor təşkilatları inkişaf edib möhkəmlənir, soydaşlarımızın və həmvətənlərimizin siyasi, iqtisadi, sosial və mədəni hüquqlarının müdafiəsi ilə yaxından məşğul olurlar. 

Azərbaycan xalqı həm sayına, həm də intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanır. Xalqımız bəşər sivilizasiyasının inkişafına verdiyi dəyərli töhfələr ilə haqlı olaraq fəxr edir. 

Tarix boyu Azərbaycan xalqının istedad və zəkasının gücü ilə qurulmuş qüdrətli dövlətlərin ənənələri bu gün də yaşayır və inkişaf edir. Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə Azərbaycan Respublikası siyasi, iqtisadi və hərbi gücünü, mədəni zənginliyini durmadan artıran, gələcəyə inamla baxan bir dövlətdir. 

 Bu dövlət dünya azərbaycanlılarının tarixi Vətəni, ümid və istinad yeridir. Odur ki, Avropada, Amerikada, Asiyada və digər qitələrdə yaşayan soydaşlarımızın övladlıq borcu Vətənimizin taleyüklü problemlərindən kənarda qalmamaq, onların aradan qaldırılması işinə elliklə kömək göstərməkdir. Bütün dünya azərbaycanlıları səylərini birləşdirsələr, ölkəmizin inkişafı yolunda ən böyük maneə olan Qarabağ düyününün açılmasını daha da yaxınlaşdıra bilərlər. 

Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, xalqımızın milli dəyərlərinin təbliğ edilməsi sahəsində də soydaşlarımız çox iş görə bilərlər. Həmvətənlərimizin bir vəzifəsi də yaşadıqları ölkələrin ictimai-siyasi həyatına inteqrasiya etməklə bərabər, dilimizi, adət-ənənələrimizi əziz tutmaq, milli hüquqlarımızı qorumaqdır. 

Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!

Sizi ümummilli məqsədlərimizin gerçəkləşməsi, xalqımızın mənafelərinin qorunması naminə birliyə çağırırıq. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə hamınızı ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, ailə səadəti, doğma Azərbaycanımıza nurlu gələcək arzulayırıq! 

Hörmətlə,

 

Azərbaycan Respublikasının Milli Məclisi

 

(Bu müraciət Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il 30 dekabr tarixli iclasında qəbul edilib)


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM