Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

08:53 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Multikulturalizm və insan hüquqları Azərbaycan üçün prioritet istiqamətlərdir
Multikulturalizm və insan hüquqları Azərbaycan üçün prioritet istiqamətlərdir
ANA SƏHİFƏ / Qəbullar
03:12 28.12.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 28-də Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili xanım Tatyana Moskalkovanı qəbul edib.

AZƏRTAC xəbər verir ki, Tatyana Moskalkova Rusiya Federasiyasının bütün ombudsmanları adından Prezident İlham Əliyevi ad günü münasibətilə təbrik etdi, ona cansağlığı və işlərində uğurlar arzuladı. Tatyana Moskalkova Rusiya Federasiyasının Dövlət Dumasında çalışdığı zaman Prezident İlham Əliyevlə görüşdüyünü məmnunluqla xatırladı. O, yeni vəzifədə - Rusiya Federasiyasının insan hüquqları üzrə müvəkkili vəzifəsində çalışmağa başladığı dövrdən azərbaycanlı həmkarları ilə çox sıx əməkdaşlıq qurulmasından məmnunluğunu bildirdi. Xanım Tatyana Moskalkova Azərbaycanın və Rusiyanın İnsan Hüquqları üzrə müvəkkillikləri arasında bu gün imzalanan müqavilənin əməkdaşlığımız üçün keyfiyyət baxımından yeni hüquqi əsas yaratdığını dedi. Rusiyalı qonaq bu gün Bakıda Azərbaycan Ombudsman təsisatının yaranmasının 15 illiyi ilə əlaqədar “Multikulturalizm və insan hüquqları: bərabərlik, əməkdaşlıq, inkişaf” mövzusunda keçirilən konfransın önəmini qeyd etdi.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev Tatyana Moskalkovanı yeni vəzifəyə təyin olunması münasibətilə təbrik etdi. Bakıda keçirilən konfransın çox önəmli bir mövzuya həsr olunduğunu bildirən dövlətimizin başçısı Azərbaycanda 2016-cı ilin “Multikulturalizm ili” elan olunduğunu vurğulayaraq bu sahədə ölkəmizdə böyük işlərin görüldüyünü qeyd etdi. Multikulturalizm və insan hüquqlarının çox aktual mövzular olduğunu deyən dövlətimizin başçısı qeyd etdi ki, bu gün dünyada, xüsusilə Avropada miqrantlarla bağlı problemlər çox kəskin xarakter alıb, miqrantlara qarşı müəyyən siyasətçilər və kütləvi informasiya vasitələri tərəfindən açıq hücumlar edilir və bu hücumlar məhz multikulturalizm ideyalarına olan hücumlar kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısı buna görə də bu problemlərin həll olunması, insan hüquqlarının və multikulturalizm ideyalarının qorunmasında vahid standartların tətbiq olunması məsələsinin müzakirəsinin böyük önəm daşıdığını qeyd etdi.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında geniş fikir mübadiləsi aparıldı.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM