27 Dekabr 2016 10:12
512
Qəbullar
A- A+

Azərbaycan-İran əlaqələrinin tarixində 2016-cı il xüsusi yer tutur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 27-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, hökumətlərarası birgə komissiyanın həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, 2016-cı ilin Azərbaycan-İran əlaqələrinin tarixində xüsusi yer tutduğunu vurğulayan dövlətimizin başçısı bu il ərzində baş tutan görüşlərə toxunaraq İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə çox səmərəli görüşün keçirildiyini məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkələrimiz arasında bu il, həmçinin önəmli sənədlərin imzalandığını və onların artıq icra edildiyini dedi. 2017-ci ilin də uğurlu olacağına, ölkələrimiz arasında dostluq münasibətlərinin daha da möhkəmlənəcəyinə və mühüm əhəmiyyət daşıyan layihələrin icra olunacağına əminliyini ifadə edən dövlətimizin başçısı əlaqələrimizin genişləndirilməsində hökumətlərarası birgə komissiyanın fəaliyyətini xüsusi qeyd etdi. Dekabrın 29-da Naxçıvan-Təbriz-Tehran-Məşhəd beynəlxalq sərnişin qatarının ilk reysinin yola salınacağını əlamətdar hadisə kimi dəyərləndirən Prezident İlham Əliyev dəmir yolunun fəaliyyətinə uğurlar arzuladı.

İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi ad günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. O, eyni zamanda, Yeni il bayramı münasibətilə də Prezident İlham Əliyevə və Azərbaycan xalqına xoş arzularını çatdırdı. Mahmud Vaezi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. Mahmud Vaezi ona İran Prezidentinin hökumətlərarası birgə komissiyanın iclası çərçivəsində Prezident İlham Əliyevin tövsiyələrinin yerinə yetirilməsi və 2017-ci ildə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı yol xəritəsinin hazırlanmasına dair tapşırıqlar verdiyini bildirdi.

Görüşdə 2016-cı ildə Azərbaycan ilə İran arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən ticarət mübadiləsinin artımı, investisiya qoyuluşu, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkələrimizin regionları arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd olundu, Neftçalada avtomobil zavodunun inşasının uğurla davam etdirilməsi və yaxın vaxtlarda Pirallahıda birgə dərman istehsalı zavodunun təməlqoyma mərasiminin keçiriləcəyi iqtisadi sahədə əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirildi.

Söhbət zamanı Naxçıvanda keçiriləcək Azərbaycan-İran biznes-forumunun önəmi vurğulanaraq forumun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da genişləndirilməsi işinə öz töhfəsini verəcəyinə əminlik ifadə olundu.

Dövlətimizin başçısı İran İslam Respublikasının Prezident Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video