26 Dekabr 2016 11:12
626
Tədbirlər
A- A+

Paytaxtın ekoloji mərkəzi

 

Keçmiş Səttarxan adına zavodun ərazisi indi Azərbaycanın ən zövqlü, təmiz və yaşıl park kompleksinə çevrilib

 

Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakı Konqres Mərkəzinin qarşısında yeni salınmış istirahət parkının açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, keçmiş Səttarxan adına maşınqayırma zavodunun ərazisində geniş abadlıq işləri aparılaraq burada müasir tələblərə uyğun yeni istirahət parkı salınıb. Bu ərazi əvvəllər zavodun istismarı zamanı sürtkü və kimyəvi maddələrlə yararsız vəziyyətə düşmüşdü. İnşaat işləri zamanı ərazi illərlə qalmış tullantılardan təmizlənib, torpaq səthi dəyişdirilib, genişmiqyaslı abadlıq işləri aparılıb.

Prezident İlham Əliyev istirahət parkının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısı və xanımı parkda yaradılan şəraitlə tanış oldular.

Parkın tikintisini “İlk inşaat“ şirkəti həyata keçirib. Ümumi sahəsi 7 hektardan çox olan park qısa müddətdə yaradılıb.

Avstriyanın məşhur memarı Yans Hoffmanın layihələndirdiyi bu istirahət məkanında genişmiqyaslı yaşıllıq işləri də həyata keçirilib. Parkın ümumi ərazisində 300-dən çox müxtəlif növ ağac, 50 mindən artıq gül və kol bitkiləri əkilib. Burada çinar, tut, dəmirağacı, söyüd və palıd ağaclarının bir neçə növləri var. İstirahət parkının yaşıllaşdırma konsepsiyasında ilin fəsilləri nəzərə alınıb. Bu məkanın yaşıllaşdırma işləri aparılarkən flora və iqlim mühiti təhlil edilərək əsasən İtaliyadan gətirilmiş bitki və ağaclara üstünlük verilib. Buradakı yaşıllıqların suvarılması üçün müasir drenaj sistemi yaradılıb, 20 kilometrdən çox boru-damcı suvarma və 1000-ə yaxın çiləyici vasitə quraşdırılıb.

Ərazidə 4 müxtəlif istirahət zonası salınıb. Parkdakı idman zonasında müxtəlif trenajorlar və qurğular qoyulub. Parkda uşaqlar üçün də xüsusi zonalar quraşdırılıb, həmin zonalar 2700 kvadratmetrə yaxın yumşaq səthlə örtülüb. İstirahət parkının ərazisində fəvvarə və ümumi sahəsi 2200 kvadratmetrə yaxın 3 göl yaradılıb. Göllərin yaradılmasında müasir texnologiya və avadanlıqdan istifadə edilib. Parkda sintetik örtüklə təchiz edilmiş buz meydançası da var. İlin bütün fəsillərində fəaliyyət göstərəcək meydançanın ümumi sahəsi 2130 kvadratmetrdir.

İstirahət parkı müasir mühəndislik, işıqlandırma və infrastrukturun bir mərkəzdən idarəolunma və təhlükəsizlik kameraları ilə təchiz edilib. Ümumilikdə, bu parkın inşası ilə Heydər Əliyev Mərkəzi və Təbriz küçəsi arasında olan ərazinin vətəndaşlarımızın mənalı istirahəti üçün abadlaşdırılması layihəsi tam yekunlaşdırılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video