Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

20:57 19 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
00:55 19.12.2018 Eviniz abad olsun
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Almaniyanın ölkəmizdəki səfirliyi Şəki ilə turizm sahəsində əməkdaşlığa maraq göstərir
Almaniyanın ölkəmizdəki səfirliyi Şəki ilə turizm sahəsində əməkdaşlığa maraq göstərir
ANA SƏHİFƏ / Turizm
04:12 13.12.2016

Şəkinin çox böyük iqtisadi potensialı və geniş turizm potensialı var. Ümid edirəm ki, bu qədim və gözəl şəhərə gələn alman turistlərin sayı ildən-ilə daha da artacaq. Səfirlik olaraq, bu istiqamətdə əməkdaşlığın genişləndirilməsində maraqlıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Almaniya Federativ Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixael Kindsqrab dekabrın 13-də Şəkiyə səfəri çərçivəsində şəhər rəhbərliyi ilə görüşü zamanı səsləndirib.

Şəhər İcra Hakimiyyətində keçirilən görüşdə icra hakimiyyətinin başçısı Elxan Usubov səfirə qədim Şəkinin tarixi və mədəniyyəti, iqtisadi və turizm potensialı barədə məlumat verib. Bildirilib ki, rayonda dövlət qeydiyyatına alınmış 84 tarixi-memarlıq abidəsi var. Onların qorunması və bərpası diqqət mərkəzindədir. Söhbət zamanı nadir memarlıq abidəsi olan Şəki xanları sarayının bərpasında alman mütəxəssislərin rolunu xüsusi vurğulanıb. Qeyd edilib ki, Şəkidə hər il beynəlxalq səviyyəli 4-5 festival keçirilir. Rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının xarici ölkələrə ixracı üçün yaxşı imkanlar mövcuddur.

Səfir Mixael Kindsqrab Şəkiyə ilk dəfə səfər etdiyini, şəhərin gözəlliyinə heyran qaldığını bildirib. Almaniyalı diplomat Şəki ilə iqtisadiyyat və turizm sahələrində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycan-Almaniya əlaqələrinin bütün sahələr üzrə sürətlə inkişaf etməsini məmnunluqla qeyd edən səfir Şəki şəhərinin içməli su və kanalizasiya sisteminin yenidən qurulmasında KfV Bankının iştirakının əməkdaşlığın daha da genişləndirilməsində mühüm rol oynadığını vurğulayıb.

Şəkiyə səfəri çərçivəsində səfir Mixael Kindsqrab şəhərin tarixi məkanlarına baş çəkib, Şəki xanlarının sarayı ilə tanış olub, “Şəki-İpək” ASC-də istehsal prosesini izləyib.


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM