Alternative content

04:09 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
19.09.2018
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İran jurnalı Azərbaycanın qış turizminin potensialından yazır
İran jurnalı Azərbaycanın qış turizminin potensialından yazır
ANA SƏHİFƏ / Turizm
03:12 08.12.2016

İran İslam Respublikasının “Elgəşt” turizm jurnalının elektron versiyasında Azərbaycanın “Şahdağ” Qış-Yay Turizm Kompleksi haqqında məqalə yayılıb.

Məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılmış “Şahdağ” Qış-Yay Turizm Kompleksi Qafqaz sıra dağlarının şimal-şərq yamacında, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşir. İlboyu dünya standartlarına uyğun keyfiyyətdə xidmət təklif edən bu kompleks Azərbaycanın ən gözəl regionlarından birində, Qusar şəhərinin 25 kilometrliyində yerləşir. Qonaqlar turizm mərkəzinin ərazisində dəbdəbəli otellərdə, fərdi kənd evlərində, kotteclərdə və hətta yay mövsümündə çadırda gecələmək kimi müxtəlif istirahət növləri arasında seçim edə bilərlər. Qış mövsümü ərzində müxtəlif səviyyəli xizəkçilərin öhdəsinə 19 yamac verilir. Peşəkar xizəkçilik məktəbi və xizəklərin icarəsi mağazasında qonaqların hər bir ehtiyacını qarşılamaq üçün hər cür ləvazimat və məsləhət təklif edilir. Ən son texnologiyalı qar aparatı ilə təchiz olunmuş müasir xizək məntəqələri ilboyu mükəmməl qar şəraitini təmin edir.

Digər qış idman əyləncələrinə aeroxizək sürmək, kanatla dağa qalxmaq, qarda sürüşmək, tübinq və uşaqlar üçün qar parkı daxildir. İsti yay aylarında dağda velosiped, tronttinet sürmək, kanatla dağa qalxmaq, at sürmək, kvadrosikllərdə gəzinti, peyntbol, bob kart, ziplayn və daha bir çox əyləncələrdən istifadə etmək mümkündür. Balacalar üçün də uşaq klubu və şardan qalalar, eləcə də başqa əyləncələr təşkil olunur.

Kompleksə, həmçinin qolf, tennis, futbol və basketbol meydançaları, eləcə də akvapark, üzmə hovuzları, spa və əyləncə məkanlarının da daxil edilməsi planlaşdırılır. İstirahət mərkəzinin əsas ticarət kompleksində bir sıra geyim dükanları, restoranlar və geniş yeraltı avtodayanacaq istifadəçilərin xidmətinə təqdim olunur.

Jurnal iranlı qış turizm həvəskarlarına bu məkanda istirahət etməyi məsləhət bilib.