Alternative content

23:01 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
ANA SƏHİFƏ / Hüquq məsləhəti
01:12 04.12.2016

 

Mənzil atam və anamın sağlığında atamın adına özəlləşdirilmişdir. Bir müddət sonra anam vəfat etmişdir. Atam ikinci dəfə ailə qurmuşdur. İkinci nikahdan uşağı olmamışdır. Biz iki bacıyıq. Atam bu yaxında vəfat etmişdir. Mənzilin vərəsəlik qaydasında bölüşdürülməsi zamanı atamın ikinci həyat yoldaşı (ögey anamızla) mübahisə yaranmışdır. Ögey anamız mənzilin yarısının ona verilməli olduğunu iddia edir. Onun mənzilin yarısını  istəməsinə haqqı var?

 

Mətanət Babayeva,

Bakı şəhər sakini

 

Xeyr. Daha doğrusu,  mirasdan pay hüququna malik olsa da, mənzilin yarısını tələb edə bilməz. O, vərəsələr arasında bərabər bölgü ilə  yalnız öz payını tələb etmək hüququna malikdir. 

Azəbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci  maddəsinə görə “Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Məcəllənin  1159.1.1-ci  maddəsinə əsasən, “Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar”.

Bu maddələrin tələbinə müvafiq olaraq, atanızdan miras qalmış əmlak qanun üzrə vərəsəlik qaydasında hər üçünüz  - siz, bacınız və ögey ananız  arasında bərabər paylar şəklində (hər birinizə 1/3 pay olmaqla) bölüşdürülməlidir.

   

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi