29 Noyabr 2016 11:11
463
Qəbullar
A- A+

Cənubi Afrika Respublikası Azərbaycanla əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 29-da Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabane dedi: “Biz Sizə dostunuz, Cənubi Afrika Respublikasının Prezidenti Ceykob Zumanın salamlarını çatdırırıq”.

AZƏRTAC xəbər verir ki, xanım Maite Nkoana-Maşabane ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək, bunun üçün böyük potensialın mövcudluğunu qeyd etdi. O, Azərbaycanda ölkələrimiz arasında əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparacağını dedi. Xanım Maite Nkoana-Maşabane bildirdi ki, Cənubi Afrika Respublikasında insanlar Azərbaycan haqqında çox müsbət fikirdədir. Qonaq, həmçinin bir sıra həmvətənlərinin ölkəmizdə yüksək texnologiyalar sahələrində təhsil almalarını məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Cənubi Afrika Respublikası ilə əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi. Dövlətimizin başçısı Cənubi Afrika Respublikasının beynəlxalq əlaqələr və əməkdaşlıq nazirinin Azərbaycana səfərinin iki ölkə arasında əməkdaşlığın prioritet sahələrinin müəyyənləşdirilməsi baxımından önəmini vurğuladı. Prezident İlham Əliyev Prezident Ceykob Zumanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Cənubi Afrika Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video