Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

21:01 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qalan dövlətlər də Türkiyə kimi ədalətli olsa...
Qalan dövlətlər də Türkiyə kimi ədalətli olsa...
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 27.11.2016

 

Qardaş Türkiyə həmişə Azərbaycanın yanında olub və zərurət yarandıqda yardım əlini uzadıb. Ötən əsrdə Azərbaycana  qarşı yürüdülən işğal siyasəti zəminində erməni-bolşevik silahlı quldur dəstələrinin dəfələrlə yurdumuzda törətdikləri dəhşətli vəhşilikləri nə tarix, nə də xalqımız unudub.

Əslində bizə - türk-müsəlman toplumuna qarşı məqsədyönlü soyqırımı siyasəti aparılıb. Bir yandan torpaqlarımız işğal olunub, digər tərəfdən xalqımız qılıncdan-süngüdən keçirilib. İrəvanda, Zəngəzurda, Qarabağda, Gəncədə, Şirvanda, Qubada, həmçinin Qars ərazisində azərbaycanlılara aid yüzlərlə yaşayış məntəqəsi yerlə yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdı. Təkcə 1905-1920-ci illərdə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndi dağıdılmış, yarım milyon əhali soyqırımına məruz qalmışdı. Bu barbarlar on minlərlə günahsız insanı türk-müsəlman olduqlarına görə qətlə yetirmişdilər. Bakını işğal edən qara qüvvələr ermənilərin bilavasitə iştirakı ilə şəhərin türk-müsəlman əhalisini - istər uşaq-qoca, istərsə də qız-qadın - fərqinə varmadan kütləvi şəkildə güllələmiş, başlarına olmazın müsibətlər açmışdılar... İndi də 25 ildən çoxdur ki, Qarabağı və ətraf yeddi rayonumuzu işğal edib, orada da eyni əməlləri törədiblər. Ermənistanda türk varlığına son qoyulub.

O zaman  özləri olduqca çətin  vəziyyətə düşmələrinə baxmayaraq, qardaşlarımız imdadımıza yetişdi: məhz onların bilavasitə müdaxiləsi  ilə  Bakı  azad olundu, qırğınların qarşısı alındı.

Türkiyə bu gün də yanımızda, arxamızdadır. Bu bizə inam və güvən verir. Türkiyə sıradan, adi deyil, bəşər  tarixini müəyyənləşdirən və öz salnaməsini yazan qüdrətli dövlətdir. O həm də bizim dövlətimizdir! Özü də Türkiyə etnik millətçilikdən uzaq, dünyəvi dəyərlərə əsaslanan fundamental və demokratik dövlətdir.

Bu yaxınlarda İstanbulda keçirilən NATO toplantısında  Ermənistan təmsilçisinin həyasızcasına Türkiyəyə qarşı ittihamlar səsləndirməsi düşmənin insanlıqdan və ədalətdən nə dərəcədə uzaq olmasının bariz nümunəsi idi. Qardaş dövlətin  hökumət və ordu nümayəndələri ermənilərin özlərinə məxsus tərzdə və boylarını aşan sərsəm iddialarına tutarlı cavab verdilər. Üstəlik  həqiqəti bir daha dilə gətirərək Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, BMT-nin bu işğala dərhal son qoyulmasını tələb edən qətnamələrinə hələ də əməl olunmadığını  ermənilərin və  dünya birliyinin diqqətinə çatdırdılar. Birmənalı dəlil və faktlarla!  Türkiyənin məsələyə yanaşması, əslində, digər aparıcı dövlətlərin rəsmi mövqeyindən fərqlənmir: bütün dünya dövlətləri beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Amma nədənsə konkret fəaliyyətə - işğalçının torpaqlarımızdan çəkilməyə vadar edilməsinə gəldikdə, buna çalışmırlar. Sözü ilə əməli bütöv olan tək dövlətsə Türkiyədir. Məhz Türkiyə real addımlarla regionda sülhün və Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına çalışır. Bu səbəbdən Azərbaycan qardaş dövlətə və doğma Türkiyə xalqına hədsiz minnətdardır. Şübhəsiz, qalan dövlətlər də Türkiyə kimi haqqa tapınsa, ədalətli olsa, dünyada nə bu qədər qan axıdılar, nə də Azərbaycan torpaqları işğal altında qalar.

 

Turan ELXANOĞLU,

Bakı şəhər sakini

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM