Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Ücretsiz php script indir film izle hd film izle hack forumu shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

20:35 16 Dekabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gənc nəslin dəstəklənməsinə sevinirik
Gənc nəslin dəstəklənməsinə sevinirik
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 27.11.2016

 

Ölkəmizdə gənc nəslin intellektual səviyyəsinin artırılması, dünyagörüşünün genişləndirilməsi istiqamətində atılan addımlar sistemli xarakter daşıyır. Təhsildənkənar yeni layihələr - “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyalar da məhz bu qəbildəndir.

Oğlum  Səyyad Şıxəli Qurbanov adına Zaqatala şəhər 3 saylı tam orta məktəbin 11-ci sinfində oxuyur. Bu günlərdə  dərsdən çox yüksək əhvali-ruhuyyədə qayıdıb dedi ki, onları Lənkəran, Masallı və Astara rayonlarına gəzməyə aparacaqlar.

Mən də çox sevindim. Övladımın təhsildə qazandığı uğurlara və buna göstərilən  dövlət qayğısına görə qürrələndim. Axı Səyyad indiyədək bir neçə bilik yarışmasının, respublika əhəmiyyətli fənn olimpiadalarının qalibi olmuşdu. Elə bu səbəbdən - təhsildə fərqləndiyinə görə də tur-aksiyada rayonumuzu təmsil edəcək 40 şagirddən biri seçilmişdi.

Artıq səfərə gedib, qayıdıblar da. Uşaqların sevinci yerə-göyə sığmır. Təəssüratlarını bölüşür, gördüklərindən həvəslə danışırlar. Hiss olunur ki, onlara göstərilən diqqətdən çox məmnundurlar. Biz valideynlər də razıyıq. Gənc nəslin dəstəklənməsi bizi çox sevindirir: övladlarımıza göstərilən bu dövlət qayğısı  onların kamil vətəndaş kimi  formalaşmasında müsbət rol oynayır.

 

Sahib YUSUBOV,

Zaqatala şəhər sakini

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM