Alternative content

03:08 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Böyüklərin də, uşaqların da sevimli istirahət yeri
Böyüklərin də, uşaqların da sevimli istirahət yeri
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 20.11.2016

 

Müəlliməyəm, işim uşaqlarladır. Təkcə onların təhsili, təlim-tərbiyəsi yox, sağlamlığı və mənalı istirahəti də bizi çox düşündürür. Həm də bir valideyn, vətəndaş olaraq övladlarımızın sağlam və xoşbəxt böyümələri ən böyük arzularımdandır. Yaxşı övlad, layiqli vətəndaş yetişdirmək üçünsə  təməl möhkəm olmalıdır.

Yaşadığımız ünvan - Zirə qəsəbəsi şəhər mərkəzindən uzaqda yerləşir. Əvvəllər gəzinti, əyləncə, mənalı istirahət üçün uşaqları vaxtaşırı paytaxta aparırdım. Onlar tamaşalara baxır, intellektual oyunlarda iştirak edirdilər. Parklarda, əyləncə mərkəzlərində gəzib dincəlirdilər. Ancaq etiraf edim ki, bu, bizə baha başa gəlirdi - uzaq olduğundan həm vaxt, həm də vəsait itirirdik. Bu, uşaqlar üçün də fiziki cəhətdən əziyyətli idi...

 Qəsəbəmizdə Zirə Mədəniyyət Mərkəzi və ekopark istifadəyə veriləndən bu qayğılardan xilas olmuşuq. Burada  uşaqların hərtətəfli inkişafı -  peşə və bacarıqlarının formalaşması, əqli və fiziki inkişafının, eyni zamanda mədəni istirahətinin təmin edilməsi üçün hər cür  imkan yaradılıb. Heydər Əliyev Fondunun layihəsi əsasında və bilavasitə himayəsi altında ərsəyə gətirilən Zirə Mədəniyyət Mərkəzi və ekoparkı unikal imkanlara malikdir.  Fondun prezidenti Mehriban xanım Əliyevanın qayğı və  diqqəti sayəsində şəhərdən kənarda möhtəşəm bir kompleks tikilib. Artıq bir ildən yuxarıdır ki, müasir texnika və avadanlıqlarla təchiz olunmuş,  modern görünüşlü mərkəz qəsəbəmizin, eləcə də ətraf yaşayış məntəqələrinin sakinlərinin ixtiyarındadır. Mərkəzin ərazisi və ətrafı gözoxşayan yaşıllıqla əhatə olunub. Burada gəzinti və istirahət, xüsusilə də uşaqların əyləncəsi üçün müstəsna şərait yaradılıb. Buradakı uşaq şəhərciyi şəhərin ən yaxşı əyləncə mərkəzlərindən belə geridə qalmır. Geniş park intellektual oyunlar, istirahət və əyləncə bölmələri ilə zəngindir. Müxtəlif dərnəklər də fəaliyyət göstərir. Bir sözlə, uşaq  dünyasına  aid hər şey bu şəhərcikdə var. Onlardan istifadə də ödənişsiz, pulsuzdur. Rəngarəng attraksionlar, çoxlu uşaq-oyun avadanlıqları da həmçinin. Uşaqlar, məktəblilər burada əylənməyi, istirahəti çox sevirlər. Odur ki, tez-tez bura gəlirik.

Bu gözəlliyə və yaradılan möhtəşəm parka görə dövlətimizə, Heydər Əliyev Fonduna, həmçinin fondun prezidenti Mehriban xanım Əliyevaya qəsəbə sakinləri adından təşəkkürümüzü bildiririk. 

 

Səadət ƏLİYEVA,

Zirə qəsəbə sakini, ibtidai sinif müəllimi