Alternative content

11:58 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Sadə çıxış yolu var
Sadə çıxış yolu var
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 20.11.2016

 

Çörəyin, un məmulatlarının, ümumiyyətlə, ərzaq məhsullarının polietilen-sellofan torbalarda, içkilərin plastik butulkalarda qablaşdırılmasının insan sağlamlığına zərəri barədə çox  yazılıb, çox deyilib. Bəs nəticəsi varmı? “Hə” də demək olar, “yox” da! Bəzi ərzaq, o cümlədən çörək istehsalçıları məhsullarını artıq kağız torbalarda qablaşdırırlar. Amma heç də hamısı yox.

Hələ də istər Bakıda və Sumqayıtda, istərsə də regionlarda polietilen və plastik taralı məhsullar satılmaqdadır. Hətta mağazalarda uşaqların istifadəsi üçün nəzərdə tutulmuş plastik qablar da təklif olunur. Məişətdə də belə qablardan istifadə edənlər az deyil. Plastik qablarda turşu (tutma) bağlayanlar da var. Dəfələrlə belə qablardakı şorabalardan kütləvi zəhərlənmə halları da  baş verib. Plastik qablardan təkrar istifadə onu daha zərərli edir, ərzağın tərkibi, dadı-tamı dəyişir. Ümumiyyətlə, unutmaq olmaz ki, polietilen-sellofan qablar kəskin isti dəydikdə, turşu və qələvi mühitində zəhərli maddələr “sintez” edir.

Dünya gör-götür dünyasıdır. Kim ki faydalı yenilikləri götürüb işdə tətbiq edir, məhsulu da yaxşı olur, qazancı da. Sellofan torbaların, plastik qabların, butulkaların istehsalı ucuz başa gəlsə də, son nəticədə uduzan hamımız oluruq. Dünyanın bir çox ölkəsində belə torbaların və qabların istehsalına artıq qadağa qoyulub.

Fikrimizcə, kimyəvi tərkibli plastik qablardan, sellofan torbalardan özümüzün imtina etməyimiz ən sadə çıxış yoludur. Bu yolla həm sağlamlığımızı qorumuş olarıq, həm də istehsalçının məsələyə münasibətini dəyişə bilərik. Çünki tələb olmayan yerdə təklif də olmayacaq.

 

Mehparə HACIƏHMƏDOVA,

Sumqayıt şəhəri