Alternative content

05:58 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Prezidenti İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev Dubay Ticarət və Sənaye Palatasının sədrini qəbul edib
ANA SƏHİFƏ / Qəbullar
12:11 16.11.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurairi qəbul edib.

AZƏRTAC xəbər verir ki, ölkələrimiz arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı bu ilin əvvəlində Birləşmiş Ərəb Əmirliklərinə səfərini və səfər zamanı ölkə rəhbərliyi ilə keçirdiyi görüşləri məmnunluqla xatırladı. Turizm sahəsində əməkdaşlığın önəminə toxunan Prezident İlham Əliyev artıq Birləşmiş Ərəb Əmirliklərindən çoxlu sayda turistlərin ölkəmizə səfər etdiyini vurğuladı. İqtisadi sahədə əlaqələrimizin daha da genişləndirilməsinin vacib olduğunu qeyd edən Prezident İlham Əliyev bu baxımdan idxal-ixrac imkanlarının araşdırılmasının önəmli olduğunu, Azərbaycanın müvafiq qurumları tərəfindən bu sahədə fəal iş aparıldığını dedi.

Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan ilə münasibətlərə böyük önəm verdiyini vurğulayan Dubay Ticarət və Sənaye Palatasının sədri Məcid Saif Al Qurair qeyd etdi ki, Azərbaycan çox gözəl bir diyardır və buraya gələn turistlər insanların qonaqpərvərliyinin və xoş əhvali-ruhiyyəsinin şahidi olduqlarını deyirlər. O, hazırda Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana gələn turistlərin sayının artmasını məmnunluqla qeyd etdi və turizm sahəsində əlaqələrin inkişafına verdiyi dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirdi.

Görüşdə biznes, turizm, Azərbaycan kənd təsərrüfatı məhsullarının Birləşmiş Ərəb Əmirliklərinə ixrac imkanları, viza rejiminin daha da sadələşdirilməsi, sərmayə qoyuluşu ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.