Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

23:13 16 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV “İstəyimə çatdım: mən Azərbaycan əsgəriyəm!”
“İstəyimə çatdım: mən Azərbaycan əsgəriyəm!”
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 06.11.2016

 

Arzu Ələkbərova Salyan şəhər sakini, iki oğul anasıdır. Böyük oğlu Elçin evlidir, Elgün adlı bir oğlu var. Ailənin ikinci oğlu Elvin isə Sumqayıt Texniki Kollecinin Yol nəqliyyatı şöbəsinin məzunudur. Texnikumu bu yay bitirib. Bu ilin iyul ayının 1-də  “N” saylı hərbi hissədə əsgəri xidmətə başlamışdır. Böyük qardaşı Elçin əsgərlikdə olanda Elvin orta məktəbdə oxuyurdu. Atası Tarıverdi ilə birlikdə hərbi hissədə də olmuş, orada həm  qardaşı ilə, həm də əsgər yoldaşları ilə şəkil də çəkdirmişdi.

Bu günlərdə anasından şagirdim olmuş  Elvini soruşdum. Anası gülümsəyib Elvindən aldığı məktubu mənə verib dedi: “Al oxu, gör şagirdin nə yazıb”.

Hörmətli redaksiya! Məktubda yazılmış sözlər məni elə tutdu ki, onun məzmununu sizə göndərməyi qərara aldım. Elvin yazırdı:

“Ana, salam! Bax, arzuma çatdım. Mən əsgərəm! Azərbaycan əsgəri!

Darıxma, ay ana, burada hər şey əladır. Evdə olanda hey deyirdin ki, tez oyan,  idman et. Burada hər şey sən dediyin kimidir. Tezdən durub idman  edirik. Yemək-içməyimizdən də nigaran olma. Yeməyimizi peşəkar xalalar və dayılar hazırlayırlar. Bizi ən yaxşı qida məhsulları - təzə ət, toyuq, kərə yağı, yumurta, şirniyyat, meyvə-tərəvəzlə qidalandırırlar. Səliqə-sahmana, təmizliyə də söz ola bilməz.

Komandirimiz hamımıza böyük qardaşın kiçiyə olan qayğısı və tələbkarlığı ilə baxır. Allah qoysa düşmənləri də tezliklə torpaqlarımızdan qovarıq. Onda həm sən arxayın olarsan, həm də biz hərbçilər.

Hamıya salam söylə. Elgünü və sənin əllərini öpürəm. Oğlun Elvin”.

 

Gülzar HÜSEYNOVA,

Salyan şəhər sakini, müəllim

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM