Alternative content

23:18 20 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Gözlərimizə nur verdilər
Gözlərimizə nur verdilər
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 06.11.2016

 

Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar briqadasının  rayonumuza hər gəlişi insanların ürəyincə olur. Göz həkimlərinin növbəti səfəri də rayon sakinləri tərəfindən razılıqla qarşılandı. Göz xəstələrinin Bakıya və digər şəhərlərə yollanmasına ehtiyac qalmadı. Tanınmış oftalmoloq həkimlər onlara müraciət edən insanları müayinədən keçirərək müalicə kursları təyin etdilər. Hətta cərrahiyyə əməliyyatları aparıldı.

Hörmətli redaksiya! Xeyli vaxt idi ki, mən də yaxşı görmürdüm. Yerli həkimlər gözümdə katarakt olduğunu söyləmişdilər. Milli Oftalmologiya Mərkəzinin həkimləri də müayinə vaxtı mənə həmin diaqnozu qoydular və əməliyyat etdilər. İndi görmə qabiliyyətim xeyli yaxşılaşıb. Göstərilən qayğı və diqqətə görə yerlərdə müayinənin səbəbkarı olan cənab İlham Əliyevə, habelə həkim briqadasını rayonumuza göndərən insanlara və bizi müalicə edənlərə dərin minnətdarlığımızı bildiririk.

 

Əkbər HƏSƏNOV,

Tovuz rayonu Əlibəyli kənd sakini