Alternative content

03:41 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 06.11.2016

 

2009-cu ildən 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və hər il təntənə ilə qeyd edilir. Vətənə, dövlətə sevgi həm də onun atributlarına münasibətdən başlayır. Himn, gerb və əlbəttə ki, bayraq bir millətin, dövlətin təkcə atributları deyil, həm də ideologiyasını, tarixini özündə ehtiva edir. Paytaxtımızdakı Bayraq Meydanı möhtəşəmdir. İndi hər rayon mərkəzində oxşar bayraq meydanları yaradılıb. Kürdəmir də istisna deyil. Uca bayrağımız rayon mərkəzinin  hər yerindən görünür, bizə qürur verir, yolumuza işıq saçır. 

Kürdəmir Bayraq meydanı, eləcə də yaxınlıqdakı Heydər Əliyev Mərkəzi geniş ərazini əhatə edir. Rayon Olimpiya kompleksi də bu cərgədədir - meydan və mərkəzlə vəhdətdədir. Hər üç obyekt  müasir  memarlıq üslubunda inşa edilmiş tikililərlə zəngindir. Ətraflarında yaşıllığı bol geniş istirahət, gəzinti zonaları yaradılıb. Bu yerlər təkcə rayonumuzun deyil, qonaqların, hətta yoldan keçənlərin də dayanıb məmnuniyyətlə istirahət etdiyi məkandır. Abadlıq, gözəllik göz oxşayır. Milli atributlardan, vətənpərvərlik hissləri oyadan maarifləndirici  elementlərdən məharətlə istifadə olunub. Təsadüfi deyil ki, günün hər saatında bu məkanlarda müxtəlif yaş qruplarına aid insanlara rast gəlinir. Xüsusilə də gənclərə.  Gənclərimiz isə  vətənpərvər, millətsevərdir. İndi onlar daha şövqlə “Bayrağını yüksəltməyə

Namusunu hifz etməyə,

Cümlə gənclər müştaqdır!” - deyə,  himnimizi oxuyur,  layiqli vətəndaş kimi hər fədakarlığa hazır olduqlarını ifadə edirlər.

 

Fərid ŞAHBAZOV,

Kürdəmir şəhər sakini