06 Noyabr 2016 12:11
732
Oxucu məktubları
A- A+

Rahatlığa qovuşmuşuq

 

Kəndimizə təbii qaz verilməsi münasibətilə keçirilən mərasimdə məşəli alovlandırmaq mənə həvalə olunanda həm kövrəldim, həm də qürur hissi keçirdim. Qürurlandım ona görə ki, bir vaxtlar Bərdənin adlı-sanlı sürücü mexanikləri sırasında mənim də adım tez-tez çəkilərdi. Kövrəldim ona görə ki,  çəkdiyim zəhmət, axıtdığım alın təri unudulmayıb. Fikrimcə, belə hörmət, ehtiram təkcə mənim əməyimə verilən qiymətdən  yox,  xalqımızın yüksək xüsusiyyətindən, mənəvi zənginliyindən xəbər verir. 

Kəndimizə qaz xətti çəkilişində iştirak edənlər də çox sağ olsunlar. Onlar öz işlərini yüksək keyfiyyətlə, özü də qısa müddətdə başa çatdırıblar.  Artıq  havaların birdən-birə soyuması, yağışlı-yağmurlu günlərin başlanması bir çox işlərə  maneçilik törətsə də, odun toplamaq, yanacaq tədarük etmək qayğısından xilas olmuşuq.

Kəndimizə qaz verilməsi sakinlərin hamısında bayram ovqatı yaradıb.

 

İradə MƏMMƏDOVA,

Bərdə rayonu, Mustafaağalı kənd sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video