Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide Hileli oyun APK cracked apk muhammet ali özer

Alternative content

13:02 18 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
01:29 18.11.2018 Qubanın var alması
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Pulumuz var, amma bankomatımız yoxdur
Pulumuz var, amma bankomatımız yoxdur
ANA SƏHİFƏ / Oxucu məktubları
12:11 06.11.2016

 

Dörd dağ kəndini özündə birləşdirən Daster icra nümayəndəliyi Lerik rayonunun ən ucqar ərazilərindəndir. Rayon mərkəzinə uzaq olsa da, Dasterdə, eləcə də qonşuluqda yerləşən Bradi, Hamarat və digər kəndlərdə xeyli insan yaşayır. Bu dağ kəndlərində yaşlı və orta nəslin nümayəndələri, pensiyaçılar çoxdur. İnsanlar əsasən kənd təsərrüfatı ilə məşğul olurlar, dolanışıqları da pis deyil - hərənin öz torpaq sahəsi, malı, qoyunu var.  İndi kənd əhalisini, xüsusilə pensiya alan kənd sakinlərini narahat edən yeganə problem yaxınlıqda bankomat olmamasıdır.  Ərazidə, eləcə də yaxın kəndlərin heç birində bankomat yoxdur. Bundan da daha çox pensiyaçılar əziyyət çəkirlər. Onlar, eləcə də bank-maaş kartı, bank-kredit kartı olan hər kəs pullarını almaq üçün başqa yerlərə yollanmaq məcburiyyətində qalırlar.

Bizim kəndlər Lerik rayonunun yaşayış məntəqələri olsalar da, daha çox Lənkəran şəhərinə yaxındırlar. Bu kəndləri Lerikdən təxminən 60, Lənkərandan isə 40 km ayırır. Odur ki, yaşlılar pensiyalarını almaq üçün bəzən Lənkərana üz tuturlar. Bu da əlavə pul xərcləməklə yanaşı, vaxt itkisidir. Digər tərəfdən, bu kəndlərdən heç bir istiqamətə ictimai nəqliyyat işləmir. Odur ki, pulunu da xərcləsən, vaxtını da itirsən, yenə də əziyyətli olur. Xüsusilə yaşlı adamlar üçün bu daha çətindir. Bəzi yaşlı insanlar qalırlar onun-bunun ümidinə. Tanış-bilişdən xahiş edirlər ki, şəhərə və ya rayon mərkəzinə yolları düşəndə onların da pullarını bankomatdan çıxarıb gətirsinlər.

İstəyimiz odur ki, əraziyə yaxın, bir neçə kəndi birləşdirən məntəqədə heç olmasa bir bankomat quraşdırılsın.

 

Zəfər ORUCOĞLU,

Lerik rayon sakini


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM