Alternative content

03:39 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Mədəniyyət və turizm naziri ilə Ümumdünya Turizm Təşkilatının baş katibi arasında görüş keçirilib
Mədəniyyət və turizm naziri ilə Ümumdünya Turizm Təşkilatının baş katibi arasında görüş keçirilib
ANA SƏHİFƏ / Turizm
02:11 02.11.2016

Ümumdünya Turizm Təşkilatının (ÜTT) İcraiyyə Şurasının 104-cü sessiyasında iştirak etmək üçün Misir Ərəb Respublikasında səfərdə olan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və sözügedən təşkilatın baş katibi Taleb Rifai arasında görüş keçirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə BMÜTT-nin baş katibi Taleb Rifai Azərbaycanın Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilməsi münasibətilə təbrik edib.

Görüş zamanı Azərbaycan və BMÜTT arasında münasibətlər, eləcə də sədrlik müddətində görüləcək işlər barədə fikir mübadiləsi aparılıb. Gələn ilin mayında Bakıda keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və onun çərçivəsində təşkil olunacaq beynəlxalq tədbirlər və layihələr müzakirə olunub.

Eyni zamanda, nazir Əbülfəs Qarayev “2017-ci il İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində Azərbaycan və BMÜTT-nin birgə təşkilatçılığı ilə keçiriləcək tədbirlər haqqında məlumat verib və təşkilatı ölkəmizdə bu il çərçivəsində keçiriləcək tədbirlərə tərəfdaş olmağa dəvət edib.

Həmçinin, görüşdə dekabrın 5-də Parisdə keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq işçi qrupunun yüksək səviyyəli toplantısının gündəliyinin birgə hazırlanması qərara alınıb.

Sonda Taleb Rifai Azərbaycanda turizm sahəsində həyata keçirilən islahatların onda yüksək təəssürat yaratdığını diqqətə çatdırıb.