Alternative content

23:54 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV ÜTT İcraiyyə Şurasının sessiyasında Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərdən danışılıb
ÜTT İcraiyyə Şurasının sessiyasında Azərbaycanda turizmin inkişafı istiqamətində görülən işlərdən danışılıb
ANA SƏHİFƏ / Turizm
10:10 31.10.2016

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatı İcraiyyə Şurasının Misirin Luksor şəhərində keçirilən 104-cü sessiyasında çıxış edib. Bu barədə AZƏRTAC-a Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Ə.Qarayev qeyd edib ki, Azərbaycanın qeyri-neft sektorunun inkişafında iqtisadiyyatın bir qolu olan turizm əhəmiyyətli rol oynayır. Nazir son illər bu sahədə həyata keçirilən layihələr haqqında məlumat verərək, viza sadələşdirilməsinin tətbiqindən sonra əvvəlki illərlə müqayisədə xarici turistlərin səfərlərində 11 faiz artımın olduğunu qeyd edib. Bununla yanaşı, Ə.Qarayev ölkəmizdə təşkil edilən beynəlxalq tədbirlərin əhəmiyyətindən danışıb, 2017-ci ilin may ayında Azərbaycanda keçiriləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və tədbir çərçivəsində təşkil olunacaq turizm nazirlərinin konfransı haqqında məlumat verib.

O qeyd edib ki, 2017-ci il dünyada “İnkişaf naminə davamlı turizm beynəlxalq ili” çərçivəsində ölkəmizdə də bir sıra layihələr həyata keçiriləcək.

Nazir Azərbaycan Prezidentinin turizm sahəsinə göstərdiyi yüksək diqqət, 2016-cı il sentyabrın 1-də turizmin inkişafına dair imzalanmış Sərəncamın əhəmiyyəti barədə danışıb, hər il sentyabrın 27-nin Azərbaycanda “Turizm işçiləri günü” peşə bayramı kimi qeyd edildiyini vurğulayıb.