Alternative content

11:47 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Asiya Konstitusiya Məhkəmələrinin Assosiasiyasında müşahidəçi statusu əldə etmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Asiya Konstitusiya Məhkəmələrinin Assosiasiyasında müşahidəçi statusu əldə etmişdir
ANA SƏHİFƏ / Konstitusiya məhkəməsi
04:05 26.05.2012
 

Mayın 19-dan 24-dək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin başçılıq etdiyi nümayəndə heyəti Koreya Respublikası Konstitusiya Məhkəməsi sədrinin dəvəti ilə "Asiyada Konstitusiya Ədalət Mühakiməsi" mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konqresində iştirak etmişdir.

Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbirdə demokratiya və konstitusiya ədalət mühakiməsi, Konstitusiya məhkəmələrində icraat növləri, Ombudsman təsisatı ilə Konstitusiya məhkəmələri arasında əlaqələr, hakimlərin müstəqilliyi kimi mövzularla bağlı məruzələr təqdim edilmişdir.

Səfər çərçivəsində Koreya Respublikasının Konstitusiya Məhkəməsinin sədr və hakimləri ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi arasında ikitərəfli məhkəmə-hüquq əməkdaşlıq məsələləri müzakirə edilmiş, məhkəmə praktikası ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Mayın 21-də Koreya Respublikasının Prezidenti Çonq Va De konqres iştirakçılarını qəbul etmişdir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi konqresin sonunda yaradılmış Asiya Konstitusiya Məhkəmələrinin Assosiasiyasına tamhüquqlu üzv kimi qəbul olunmağa dəvət edilərək həmin təşkilatın müşahidəçi statusunu əldə etmişdir.