Alternative content

14:07 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Tunis arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub
Azərbaycan ilə Tunis arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi müzakirə olunub
ANA SƏHİFƏ / Turizm
07:10 29.10.2016

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Tunis Respublikasına səfəri çərçivəsində bu ölkənin turizm və əl işləri naziri Salma Elloumi Rekik ilə görüşüb.

Görüşdə Ə.Qarayev Tunisdə keçirilən ISESKO-ya üzv ölkələrin təhsil nazirlərinin birinci konfransında qurumun 12-ci baş konfransının prezidenti qismində iştirak etdiyini qeyd edib və oktyabrın 30-dan noyabrın 2-dək Misir Ərəb Respublikasının Luksor şəhərində təşkil olunacaq Birləşmiş Millətlərin Ümumdünya Turizm Təşkilatının İcraiyyə Şurasının 104-cü sessiyası və V Dünya Şəhər Turizm Sammitində iştirak edəcəyi barədə məlumat verib.

Həmçinin o, Tunisdə olduğu müddətdə, Tunisin Prezidenti Beji Kaid əs-Sebsi, İslam Əməkdaşlıq Təşkilatının baş katibi İyad Amin Madani və ISESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri ilə görüşlərindən bəhs edib.

Görüşdə iki ölkə arasında turizm sahəsində birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunub, əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi ilə bağlı təkliflər irəli sürülüb. Əbülfəs Qarayev ölkəmizdə bunun üçün geniş potensialın olduğunu, turistlər üçün asan viza rejiminin tətbiq edildiyini, son dövrlər ölkəmizə gələn turistlərin sayının artdığını söyləyib.

Görüşdə, Tunisdə ali turizm təhsilinin yüksək səviyyədə olduğunu nəzərə alaraq, bu sahə üzrə intensiv təcrübə mübadiləsinin aparılması və layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda azərbaycanlı nazir tunisli həmkarını 2017-ci ilin aprel ayında Bakıda keçiriləcək IV Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Nazir Salma Elloumi Rekik dəvətə görə təşəkkürünü bildirib və gələcəkdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib.