Alternative content

02:50 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Qana Respublikası ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir
Qana Respublikası ölkəmizlə əməkdaşlığa xüsusi önəm verir
ANA SƏHİFƏ / Qəbullar
10:10 27.10.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kodzo Kpoku Alabonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Kodzo Kpoku Alabo fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Kodzo Kpoku Alabo etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Kodzo Kpoku Alabo Qana Respublikasının Prezidenti Con Dramani Mahamanın salamlarını Prezident İlham Əliyevə çatdırdı və bildirdi ki, Qana Prezidenti səfirə Azərbaycan Respublikası ilə Qana Respublikası arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib. Kodzo Kpoku Alabo ilk olaraq Azərbaycan ilə Qana arasında siyasi məsləhətləşmələr haqqında Sazişin imzalanması, diplomatik və xidməti pasport sahiblərinin viza rejimindən azad olunması üzərində iş aparılmasının vacibliyini qeyd etdi.

Kodzo Kpoku Alabo Azərbaycandakı diplomatik fəaliyyəti müddətində ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini bildirdi.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın müxtəlif istiqamətlərdə, o cümlədən enerji və idman sahələrində inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu vurğulandı.

Dövlətimizin başçısı Qana Prezidenti Con Dramani Mahamanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qana Prezidentinə çatdırmağı xahiş etdi.