Alternative content

22:27 18 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycan ilə Şri-Lanka beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir
Azərbaycan ilə Şri-Lanka beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edir
ANA SƏHİFƏ / Qəbullar
01:10 26.10.2016

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Şri-Lanka Demokratik Sosialist Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Yakupitiya Kuruppu Araççic Rohanacitin etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir Yakupitiya Kuruppu Araççic Rohanacit fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Yakupitiya Kuruppu Araççic Rohanacit etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev səfirlə söhbət etdi.

Səfir Yakupitiya Kuruppu Araççic Rohanacit Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarını Prezident İlham Əliyevə çatdırdı. Ölkələrimiz arasında mədəni sahədə əlaqələrin mövcud olduğunu deyən səfir bu sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsinin önəmini vurğuladı.

Azərbaycan ilə Şri-Lankanın dost ölkələr olduğunu deyən dövlətimizin başçısı hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq etdiyini qeyd etdi. Prezident İlham Əliyev ölkələrimiz arasında qarşılıqlı maraq doğuran bir sıra sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğuladı. İqtisadi sahədə əməkdaşlığa toxunan dövlətimizin başçısı bu istiqamətdə ticarət dövriyyəsinin həcminin artırılmasının qarşıda duran ən mühüm məqsəd olduğunu dedi. Prezident İlham Əliyev Azərbaycan-Şri-Lanka əlaqələrinin inkişaf etdirilməsi baxımından səfirin ölkəmizdəki diplomatik fəaliyyətinin uğurlu olacağına ümidvar olduğunu bildirdi.

Dövlətimizin başçısı Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti Maitripala Sirisenanın və Baş nazir Ranil Vikremesingenin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Şri-Lanka Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.