Alternative content

03:10 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Hamıdan hər yerdə böyük qayğı gördük
Hamıdan hər yerdə böyük qayğı gördük
ANA SƏHİFƏ / Oxucu məktubları
01:10 23.10.2016

Hörmətli redaksiya, salam!

Mən II qrup müharibə əliliyəm. Oğlum Rasim isə I qrup əlildir. Bu ilin əvvəlində  müalicəmizə yardımçı olmaları üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Nazirliyin vətəndaşların respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyası vəziyyətimizdən halı olandan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etmək üçün bizə arayış verdi. Orada da bizə biganə qalmadılar. Üstəlik, nazir Səlim Müslümovun Qazax rayonunda keçirdiyi qəbulda da oldum. Nazir elə oradaca dövlət tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin rəisi İlqar Qurbanova Türkiyənin Dənizli şəhərindəki reabilitasiya mərkəzinə müalicəyə göndəriləcək qrupun tərkibinə bizi də daxil etmək üçün göstəriş verdi. Beləcə, biz də iyun ayının 4-də Türkiyəyə gedən qrupun tərkibində müalicəyə göndərildik.

Bizi Türkiyəyə yola salanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin  Əlillərin sosial siyasəti şöbəsinin rəisi Saday Abdullayev də vardı. O, hər birimizlə maraqlandı, müşküllərimizi yoluna qoydu. Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi Günay Rəfiyeva, qrupumuzun rəhbəri, əlil uşaqların bərpa mərkəzinin həkimi Zöhrə xanım hamıya hərtərəfli qayğı göstərdilər.

20 gündən sonra müalicəmizi başa çatdırıb vətənə qayıtdıq. Biz hava limanına enəndə səhər saat 6:00 idi. Qrupumuzu qarşılayanlar arasında Saday müəllimi görəndə gözlərimizə inanmadıq. Bu dəfə də o, hamı ilə bir-bir görüşüb müalicənin neçə keçdiyini soruşub əhvalımızla maraqlandı. Belə insanları, belə qayğını görəndə adamın dərd-səri də yüngülləşir. Qəzetiniz vasitəsilə bu məktubda adını çəkdiyim və çəkə bilmədiyim insanlara ailəmizin dərin minnətdarlığını çatdırmağınızı xahiş edirəm.

Hörmətlə,

 

Qurban MƏMMƏDOV,

Şəmkir şəhəri,

Hərbi şəhərcik