Alternative content

14:08 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Valideynlər də rahat nəfəs alır, müəllimlər də
Valideynlər də rahat nəfəs alır, müəllimlər də
ANA SƏHİFƏ / Oxucu məktubları
01:10 23.10.2016

Bu yaxınlaradək kəndimizdəki məktəbə məktəb demək olmazdı. İş o yerə çatmışdı ki, bəzi valideynlər öz uşaqlarını yaxınlıqdakı kəndlərin məktəblərinə göndərirdilər.

Köhnə məktəbdə müəllimlər də çətinlik çəkir, fərli-başlı dərs keçə bilmirdilər. Hətta onların bir qismi rayon təhsil şöbəsinin qapısını döyür, başqa məktəblərə dəyişdirilmələrini istəyirdilər.

Artıq bu məsələyə son qoyulub. Kəndimizdə müasir tələblərə cavab verən yeni məktəb tikilərək istifadəyə verilib.  Təzə məktəbin açılış günündə kənd sakinlərinin sevinci o qədər böyük idi ki, yığışıb onun qarşısında şəkil də çəkirdilər.  

İndi şagirdlər məktəbə daha həvəslə gəlir, müəllimlər də rahat, işıqlı sinif otaqlarında texniki vasitələrdən istifadə edərək dərs keçirlər.

 

Nazim SƏLİMXANOĞLU,

Quba, Əspəkasti kəndi