Alternative content

08:44 24 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İndi işlər daha rəvan gedir
İndi işlər daha rəvan gedir
ANA SƏHİFƏ / Oxucu məktubları
01:10 23.10.2016

Ölkə rəhbəri cənab İlham Əliyev 18 min nəfərdən çox əhalinin yaşadığı üç yaşayış məntəqəsini birləşdirən Aşağı Göynük - Baş Göynük - Baş Şabalıd avtomobil yolunun tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılması  barədə iki dəfə sərəncam imzalayıb. Birinci sərəncamı 2013-cü ilin avqust ayında, ikincisini 2014-cü ilin iyul ayında. Hər iki sərəncam  həmin ərazidə yaşayan sakinləri hədsiz dərəcədə sevindirdi.

Onu da deyim ki, yolun tikintisində fasilə yarananda giley-güzar, dedi-qodu, söz-söhbət də yarandı. Hazırda yolun tikintisi davam edir. İşin keyfiyyətinə də xüsusi fikir verildiyi açıq-aydın hiss olunur. Artıq yolun 10 kilometrdən çox hissəsinə asfalt, beton örtük döşənib, suötürücü, dəmir-beton və beton borular quraşdırılıb,  kommunikasiya xətləri keçirmək üçün yerlər qoyulub. Yolun 11,1 kilometrliyində uzunluğu 169, eni 4,5 metr olan üç aşırımda yaraşıqlı körpü də inşa edilib. 

Çox çəkməz ki, tikintidə işlər tam başa çatar, sərnişin avtobusları, minik avtomobilləri, yük maşınları bu yolu daha qısa müddətdə, daha rahat qət edərlər. Yolun tikintisində çalışan insanlar da bunu yaxşı bilir, biz də onlara “əliniz-qolunuz var olsun, yorulmayasınız” - deyirik.

 

Səbuhi CALALOV,

Şəki, Baş Göynük kəndinin sakini