Balabəy evi
Meşənin kənarında, yaşıllıqlar qoynunda, füsunkar bir ərazidə qırmızı kərpicdən inşa edilən bu malikanə elə tikilib ki, günəş şüası onu hər tərəfdən tutur. Yataq və qonaq otaqları, hamamı, aynabəndi, küləfirəngisi, qarşısında da çarhovuzu... Malikanənin giriş qapısı o qədər geniş və hündürdür ki, oradan atlı da başını əymədən rahatca keçə bilər. Bu qapının önündəki lövhə onun həqiqi sahibindən sonra dəfələrlə dəyişdirilib. Gah “məktəb” yazılıb, gah “sanatoriya”, daha da “xəstəxana”. İstifadə edilmədiyi vaxtlar da olub. Lakin qarşısında nə yazılır-yazılsın, hansı məqsəd üçün istifadə olunur-olunsun, yerli əhali ona həmişə qədirbilənliklə “Balabəyin evi” deyib. 130 il öncə də belə olub, indi də belədir.
Binaya daxil olan kimi bir qapı sağa, digəri sola açılır. Düz getsən, daş pilləkənlərlə ikinci mərtəbəyə qalxacaqsan. Əldən-ələ keçən bu möhtəşəm bina öz sahibinin adını zaman-zaman yaşadıb.
Balabəy kişi əsilli-nəcabətli, varlı-dövlətli, çox xeyirxah, elmə, təhsilə önəm verən geniş dünyagörüşlü bir şəxs olub. Onun Bakı, Tiflis və Peterburqdakı banklarda şəxsi hesabı vardı. Təəssüf ki, tarixin müəyyən dövrlərində, xüsusilə sovet dönəmində bəy nəslinə, bəy irsinə, bəy mülklərinə kütləvi hücumlar olub. Neçə-neçə yaraşıqlı mülklər yer üzündən silinib, nə var, nə var bəylərə, bəyzadələrə məxsusdur.
Halbuki belə insanların demək olar hamısı, o cümlədən Balabəy kişi sağlığında var-dövlətindən, şəxsi nüfuzundan xalq üçün, millət üçün də istifadə edib. Lakin sovetin diktatura maşını Balabəy kişidən də yan keçməyib. 1930-cu illərdə bu xeyirxah insana yalnız “bəy” adını daşıdığına görə 10 il iş kəsiblər. Amma özü sürgün edilsə də, nə yaxşı ki, malikanəsi gözdən yayınıb, dağıdılmayıb. İndi ondan xeyirxah bir məqsəd üçün istifadə olunur. Xeyli vaxtdır ki, bu sahə xəstəxanaya çevrilib. Bir neçə kəndin əhalisi bu binada şəfa tapır. Kim bilir, Balabəy kişi yaşasaydı, bu binanın şəfa ocağına çevrilməsinin xeyir-duasını özü verərdi. Amma bu xeyir-duanı xəstəxananın açılış mərasimində iştirak edən oğlu verdi. Özü də sidq ürəklə, təmiz niyyətlə, heç bir təmənna güdmədən.
Elbrus MƏMMƏDOV,
Bərdə rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Husilər tərəfindən iki ticarət gəmisi və bir Amerika esminesi hücuma məruz qalıb
25 Aprel
Bakıda Rusiya Kinosu Günlərinin təntənəli açılış mərasimi olub
24 Aprel
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
24 Aprel
COP29 Sədrliyi ölkə pavilyonlarının təşkili üzrə müraciətlərin qəbuluna başlayıb ...
24 Aprel
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi BBC radiosuna müsahibə verib...
24 Aprel
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
24 Aprel
XİN: Azərbaycan BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük ö...
24 Aprel
Qırğız Mədəniyyəti Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində sərgi açılıb
24 Aprel
Azərbaycan Kuboku: “Qarabağ” “Neftçi”ni cavab oyununda da məğlub edərək finala yüksəlib...
24 Aprel
Bakıda Qırğız Mədəniyyəti Günlərinin açılış mərasimi olub
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!