Alternative content

21:42 19 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Bankomat əmması
Bankomat əmması
ANA SƏHİFƏ / Oxucu məktubları
01:10 23.10.2016

Hörmətli redaksiya!

Doğrusu, mən bankomatlara pul necə yüklənir, kimlər yükləyir, bilmirəm. Amma onu bilirəm ki, şəxsi hesabında pul varsa, onu kartla istədiyin yerdən ala bilərsən. Bu, çox yaxşıdır. Lakin elə insanlar var ki, xüsusən də yaşlı təqaüdçülər, uzağa gedə bilmirlər. Hətta bəziləri bankomatlardan pul çıxarmaqda başqalarının köməyinə ehtiyac duyur.

Hər yerdə olduğu kimi, Şabran rayonunda da əhalinin sıx məskunlaşdığı yerlərdə bankomatlar qoyulub. Lakin bəzən onlarda pul olmur. Pul yüklənəndə də qarşısında uzun növbə yaranır. Yay aylarında  növbəlilik nəzərə çarpmasa da, qışda əməlli-başlı özünü göstərir. Bu da sakinlərdə giley-güzar yaradır. Halbuki elə bankomatlar var ki, onlara  kimsə yaxınlaşmır, yaxud da çox nadir hallarda onlardan istifadə edirlər.

Dediyim odur ki, bankomatlar  düşünülmüş şəkildə - əhalinin tələbatına  uyğun quraşdırılsa, nə uzun növbələr yaranar, nə də giley-güzar.  

 

Yaqut MƏMMƏDOVA,

Şabran