23 Oktyabr 2016 01:10
732
Oxucu məktubları
A- A+

Rahatlıq

Görəsən, bu qoyun-quzunun sahibi çəmənin bir hissəsini niyə belə çəpərləyib? Çəmənin qeydinə qalıb, özünün, yoxsa orada otlayan qoyunların?

Bəlkə düşünüb ki, 10-15 qoyun-quzunu doydurmağa elə bu çəpərin daxilindəki ot bəs edər. Ərazinin qalan yerlərini tapdaq altında qoymasınlar.

Bəlkə də qoyunların ərazidən uzaqlaşmasından ehtiyatlanıb, yaxud onları qurddan-quşdan qorumaq üçün bir qədər təhlükəsiz yerdə saxlamaq istəyib.

Ola da bilər ki, qoyun-quzu sahibi sadəcə öz rahatlığını düşünüb. Beləliklə, hər dəqiqə onlara göz qoymaqdan vaz keçib. Fikirləşib ki, qoy başlarını aşağı salıb rahatca otlasınlar, mən də narahat olmayım.

 

Foto Ağaəli

MƏMMƏDOVUNDUR

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video