23 Oktyabr 2016 01:10
703
Oxucu məktubları
A- A+

Gülşənə inanırıq

Gülşən  Allahverdiyeva İsmayıllı  şəhər 5 saylı tam orta məktəbin  şagirdidir.  Ötən tədris ilində 8 yaşlı şahmatçı qızlar arasında keçirilən yarışda həm respublika çempionu oldu, həm də Avropa çempionatına lisenziya qazandı.

Gülşənin bu nailiyyəti rayon rəhbərliyinin də diqqətindən yayınmadı. Avqust ayında rayon icra  hakimiyyətində Gülşən Allahverdiyeva ilə gənclərin, məşqçilərin iştirakı ilə görüş keçirildi. Həmin görüşdə Gülşənin qayğı və problemləri öyrənildi. Ona Çexiyanın Praqa şəhərində keçirilən Avropa  çempionatında iştirak etməsi üçün hər cür şərait yaradıldı.

Gülşən həmin çempionatda mükafatçılar sırasına düşməsə də, bu onu ruhdan salmayıb. Gülşənin qazandığı ilk uğurda  böyük əməyi olan rayon şahmat məktəbinin məşqçisi Namiq Qasımov deyir ki, bu qızın yaxşı düşüncə tərzi var. Ona böyük etimad bəsləyirik. İnanırıq ki, qarşıdakı illərdə parlaq qələbələrlə bizi çox sevindirəcək.

 

Şəhla QAFAROVA,

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video