Alternative content

16:53 21 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Rusiya telekanalı Azərbaycanın turizm imkanları barədə reportajlar yayımlayıb
Rusiya telekanalı Azərbaycanın turizm imkanları barədə reportajlar yayımlayıb
ANA SƏHİFƏ / Turizm
03:10 17.10.2016

Rusiya Federasiyanın “Astarxan 24” telekanalında Azərbaycanın turizm imkanları barədə videomateriallar yayımlanıb.

Xüsusi reportajlarda Bakı, Gəncə, Xaçmaz, Quba, Qusar, Şabran, Şəki, Lənkəran və Mingəçevirin turizm potensialı haqqında ətraflı məlumat verilib. Telekanalda yayımlanan materiallarda bu regionların turizm potensialından, turistlərin diqqətini daha çox cəlb edən tarixi abidələrdən, təbiət mənzərələrindən və turizm obyektlərindən danışılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Regional Medianın İnkişafına Yardım” İctimai Birliyi tərəfindən həyata keçirilən “Azərbaycanın turizm potensialının Rusiyanın “Astarxan 24” kanalı vasitəsilə təbliği” layihəsi çərçivəsində ümumilikdə doqquz reportaj yayımlanıb.

“Astarxan 24” kanalı peyk, kabel şəbəkələri və internet vasitəsilə yayımlanır. Kanal Həştərxan vilayəti kabel operatorlarının şəbəkələrində təmsil olunur. Kanalı kabel yayımından izləyənlərin sayı 200 min nəfərdən çoxdur.