Alternative content

11:23 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Azərbaycanın turizm imkanları Yaponiyada tanıdılacaq və təbliğ olunacaq
Azərbaycanın turizm imkanları Yaponiyada tanıdılacaq və təbliğ olunacaq
ANA SƏHİFƏ / Turizm
07:10 10.10.2016

Oktyabrın 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Yaponiya turizm sənayesinin nümayəndələri ilə görüşüb. Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının prezidenti Tadaşi Şimuranın rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə bu ölkənin “Hankyu Travel İnternational Tokyo”, “Diamond-Big”, “Hankyu Travel İnternational Osaka”, “R&C Tours”, “Spectacle Adventures”, “The Three B” və “JTB BWT” şirkətlərinin nümayəndələri daxildir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, səfərin təşkil olunmasında məqsəd Yaponiyada Azərbaycanın turizm imkanlarının geniş tanıdılması və təbliğinə nail olmaqdır.

Nazir Əbülfəs Qarayev qonaqlara ölkəmizin turizm imkanları, bu sahədə görülən işlər və gələcəkdə həyata keçiriləcək layihələr haqqında məlumat verib. O elektron viza sisteminin tətbiqinin ölkəmizə gələn turistlərin daha asan viza əldə etməsinə şərait yaratmasından da söhbət açıb. Nazir, Yaponiyanın ölkəmiz üçün mühüm hədəf bazarlarından biri olduğunu bildirib.

Görüşdə həmçinin, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər haqqında qonaqlar məlumatlandırılıb, bu sahədə əməkdaşlıq əlaqələri, “Euronews” və “CNN” kimi nüfuzlu kanallarla iş aparıldığı qeyd olunub. Bununla yanaşı, Bakı, o cümlədən də regionların turizm infrastrukturu barədə məlumat verilib və gələcəkdə bu istiqamətdə əməkdaşlıq əlaqələrinin qurulmasından söhbət açılıb.

Yaponiya Turizm Agentlikləri və Assosiasiyasının prezidenti Tadaşi Şimura Azərbaycana təşkil olunan səfərə və yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib, gələcəkdə daha sıx əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlı olduqlarını söyləyib.

Səfər çərçivəsində hər iki ölkəni təmsil edən turizm şirkətləri nümayəndələrinin iştirakı ilə Tadaşi Şimura tərəfindən “Yaponiya getmə turizmi bazarının xüsusiyyətləri” mövzusunda təqdimat keçiriləcək.

Nümayəndə heyətinin paytaxt Bakı ilə yanaşı, Şəki, İsmayıllı və Qəbələ rayonu ilə tanışlığı planlaşdırılır.