Alternative content

08:12 25 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağstafada şəhid bulaqlarına laqeyd münasibət göstərilir
Ağstafada şəhid bulaqlarına laqeyd münasibət göstərilir
ANA SƏHİFƏ / Oxucu məktubları
12:10 09.10.2016

 

Son illər Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi nəticəsində paytaxt  Bakı ilə yanaşı, regionlarımız da nəzərə çarpacaq dərəcədə inkişaf edib. İndi elə bir şəhər, elə bir rayon tapılmaz ki, orada yenidənqurma işləri aparılmasın. Yeni park və xiyabanlar, müasir mədəniyyət mərkəzləri sakinlərin rahatlığını və mədəni istirahətini tam təmin edir. İndi cəsarətlə demək olar ki, ölkəmiz inkişaf etmiş Avropa dövlətləri ilə müqayisə olunur. Söz yox ki, bütün bunlar ölkə rəhbərinin gərgin əməyinin və uğurlu siyasətinin nəticəsidir. Hazırda Azərbaycanın bir əsas problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu yolda minlərlə şəhid vermişik. Xalqımız əmindir ki, nə o şəhidlərin qanı yerdə qalacaq, nə də işğal altındakı torpaqlarımız düşmən tapdağı altında!

Hörmətli redaksiya! Bu məktubu yazmaqda məqsədim başqadır. Bu yaxınlarda yolum respublikamızın qərb bölgəsinə düşmüşdü. Qazax rayonunda eşitdim ki, aprel ayının əvvəllərində, düşmənlə təmas nöqtəsi olan Tərtərdə, ermənilərin təxribatının qarşısını alarkən 3 nəfər qazaxlı hərbçi şəhid olmuşdur. Rayon rəhbərliyi həmin şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq rayon mərkəzinin 3 yerində bulaq kompleksi inşa etdirmişdir.

Qazaxdan sonra Ağstafa rayonunda oldum. Rayonun Məmməd Əmin Rəsulzadə küçəsindən keçərkən gözümə primitiv şəkildə düzəldilmiş bir bulaq sataşdı. Dayanıb suyundan içmək istədim, lakin su gəlmirdi. Yaxınlıqdan keçən 2 nəfər rayon sakini ayaq saxlayıb mənə dedi ki, bu bulağa heç vaxt su gəlmir. Bulağın üstünə iki ad yazılmışdı: Fərman Süleymanov və Mehman Əliyev. Onların ruhlarına dua edəndən sonra deməyə söz tapmadım.

İndi siz deyin, şəhid xatirəsinə belə laqeydlik olarmı?!

 

İsrafil CƏFƏROV,

Bakı şəhər sakini, həkim