Alternative content

07:24 23 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Çıxış yolu var
Çıxış yolu var
ANA SƏHİFƏ / Oxucu məktubları
12:10 09.10.2016

 

Gəncə  əhalisinin ən çox üz tutduğu alış-veriş yerlərindən biri “Gəncə bazarı”dır. İnsafla desək, son illər burada bir qədər qayda yaradılıb. Cərgə ilə müasir piştaxtalar düzəldilib, kommunikasiya xətləri çəkilib. Demək olar ki, indi bazara gələnlər çətinlik çəkmədən istədikləri məhsulu seçib alırlar.

 Ancaq bir məsələ bizi narahat edir: Bazarın içərisində boş satış yerləri ola-ola bəziləri məhsulu bazardan kənarda satır. Dəfələrlə polis əməkdaşlarının belə satıcıları oradan kənarlaşdırmalarının da şahidi olmuşam. Lakin bir neçə saatdan sonra vəziyyət əvvəlki halına qayıdır. Fikrimcə, bunun  bir çıxış yolu var. Belə insanlarla alver etməmək. Onda məcbur olub gətirdikləri malları bazarda satmaq məcburiyyətində qalacaqlar. Axı, bazar da bir mədəniyyətdir. Bu mədəniyyətin qorunması hər birimizdən asılıdır.

 

Elşən BAĞIROV,

Gəncə şəhər sakini