Alternative content

19:42 26 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Körpü salmaq savabdır
Körpü salmaq savabdır
ANA SƏHİFƏ / Oxucu məktubları
12:10 09.10.2016

 

Tərtər rayonunun Sarıcalı və Zolgörən kəndlərinin əhalisini uzun zamandan bəri narahat  edən bir problemin həllinə start verilib. Bu kəndlərin arasındakı Tərtər çayı üzərində körpünün inşası sürətlə davam edir.

Dövlətin qayğısı bölgə əhalisində yüksək əhval-ruhiyyə yaradıb. Yeni körpü müasir tələblər səviyyəsində qurulur. Üç aşırımdan ibarət körpünün uzunluğu 106 metr, eni 12 metr olacaq. Körpünün inşasında kənd sakinləri də çalışırlar. Körpünün sifarişçisi  “Azəravtoyol” ASC-dir.

Körpü istifadəyə veriləndən sonra bölgə sakinləri yol rahatlığına qovuşacaq, mənzil başına tez və rahat çatacaqlar. Tərtərlilər bu işi görənlərə indidən hədsiz minnətdarlıq edirlər.

 

Murad SƏFƏROV,

Tərtər rayonu