Ücretsiz php script indir film izle hd film izle shell indir md5 cracker dizi izle hacklink satışı PDO Kullanımı shell indir Warez Mavi Orkide

Alternative content

02:59 15 Noyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
Bakı bu gün - FOTO REPORTAJ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Ağsaqqalların təşəbbüsü ilə
Ağsaqqalların təşəbbüsü ilə
ANA SƏHİFƏ / Oxucu məktubları
12:10 09.10.2016

 

Conu ərazi vahidindəki kəndlər Lerikin ən ucqarında - dağlar qoynundadır. Başqa sözlə, rayon mərkəzindən 45-50 kilometrlikdəki 10 yaşayış yeri bir-birindən aralıdır. Yolları meşələrdən keçir, dərələrə enib yamaclara qalxır. Iki il öncə Lənkəran-Lerik magistralının 20-ci kilometrliyindən bu əraziyə dağların döşündən asfalt yol çəkilib. İndi sərnişinlər daha rahat, yüklər isə vaxtında mənzil başına çatdırılır.

Bu yerlərə qış da tez gəlir, yeddi ay davam edir, yollar qarla örtülür. Əhali şaxtalı-boranlı günlərin ehtiyatını yayda tutur. Ərzaq, yanacaq tədarük edir, mal-qara üçün ot-ələf ehtiyatı yaradır.

Bu yaxınlaradək kəndlərə elektrik enerjisinin verilməsində fasilələr olurdu. Ərazinin ağsaqqalları problemin həlli üçün təşəbbüslə rayon rəhbərliyinə müraciət etdilər. Onların təşəbbüsü dəstəkləndi. Elektrik sahəsinin mütəxəssisləri ərazidəki xətləri nəzərdən keçirib təmirə başladılar. Kənd Ağsaqqallar Şurasının sədri Seyran Məhərrəmov qüvvələri səfərbərliyə aldı. Ayrılmış dəmir dirəklər yük maşınlarında kəndlərə daşındı, yerli camaat köməyə gəldi. Qışlaq, Conu, Vıjaker kəndləri arasında 4 kilometr məsafəyə dirəklər basdırıldı. Beləcə, evlər elektrik enerjisi ilə fasiləsiz təmin olundu.

Ağsaqqallardan Dövlət Hüseynov, Elçin Dövlətov, Hakim Adiyev, Cavanşir Muradov bu xeyirxah işin həm təşəbbüsçüləri, həm də icraçıları oldular.

 

Ruslan İSMAYILOĞLU,

Lerik rayonu

 


NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU


VALYUTA


ARXİV


TƏQVİM