Alternative content

10:15 22 Sentyabr 2018
ONLINE XƏBƏR LENTİ
FOTOXRONİKA
PAYIZ
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV Narahatlığa son qoyulur
Narahatlığa son qoyulur
ANA SƏHİFƏ / Oxucu məktubları
12:10 09.10.2016

 

10-cu mikrorayon Sumqayıt şəhərinin ərazicə böyük yaşayış massivlərindən biridir.

Bu ərazidə yaşlı ağacların bir çoxunu külək əymiş, bəziləri hətta aşmaq təhlükəsinə gəlib çatmışdı. Uşaqları, özümüzü onlardan qoruyur, kənar gəzməyə çalışırdıq.

Artıq bu narahatlığımıza son qoyulur. Belə  ağaclar  kəsilir, yeri təmizlənir, yeniləri əkilir. Sakinlərimiz də bu işi görənlərə qoşulub onlara kömək edirlər.

Qurumuş ağacların yerinə əkilən ağaclara lazımi qaydada qulluq göstərilir. Çox keçməz ki, təzə əkilən ağcaqayın, şam, çinar ağacları da böyüyər, ətrafa əlavə gözəllik çalarları qatar. 

 

Seymur ABBASOV,

Sumqayıt şəhəri