09 Oktyabr 2016 12:10
1027
Oxucu məktubları
A- A+

Uğurların davamlı olsun

 

Orta məktəbin uğurları əsasən məzunların ali məktəblərə qəbul imtahanlarında əldə etdikləri nəticələrlə ölçülür. Şabran rayonundakı P.İdrisov adına Ağbaş kənd tam orta məktəbinin pedaqoji kollektivi də bu amili daim yadda saxlayır, şagirdlərin bilikli, savadlı, cəmiyyətdə özünə layiqli yer tuta biləcək vətəndaşlar kimi yetişməsinə çalışır.

Dilbər İdrisova da bu məktəbin məzunudur. O, məktəbin fəal şagirdlərindən olmuş, müxtəlif bilik yarışlarında və müsabiqələrdə uğurlu nəticələr göstərmişdir. Respublika fənn olimpiadalarında tarix fənni üzrə iştirak edərək 2014-2015-ci tədris ilində zona mərhələsinin yarımfinalçısı, 2015-2016-cı tədris ilində rayon mərhələsinin birincisi olmuşdur. Məktəb illərində Validə müəllimə tədris etdiyi tarix fənninə Dilbərin  həvəsini daha da artırmış, onun bu arzusu valideynləri tərəfindən də dəstəklənmişdir.

Dilbər bu il keçirilən qəbul imtahanlarında 639 bal toplayaraq rayon məzunları içərisində ən yüksək nəticə göstərmiş və BDU-nun tarix fakültəsinə daxil olmuşdur.  Bu, Ağbaş kənd tam orta məktəbinin ilk uğuru deyil. Əvvəlki illərdə də məktəbin məzunları qəbul imtahanlarında yüksək nəticələr göstərmiş ölkənin nüfuzlu universitetlərinə daxil olmuşlar.

Söz düşəndə Dilbər özü də deyir ki, həyatda heç bir şey asan başa gəlmir, o cümlədən tələbə adını qazanmaq. Uğur qazanmaq üçün zəhmətlə yanaşı, arzu, istək olmalı, onun ardınca axıradək  getməyi bacarmalısan.

 

Çingiz XALİDOĞLU,

Şabran rayonu

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video